Altıncı Bakı Beynəlxalq Humanitar Forumunda müasir dünyamız üçün çox vacib olan məsələlər müzakirə edilir. Azərbaycanın bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Azərbaycan sülh, təhlükəsizlik məsələlərində mühüm işlər həyata keçirib. Prezident İlham Əliyev dünya miqyaslı liderdir. O, ölkəsinin inkişafı üçün mütərəqqi addımlar atır. Mən 2004-cü ildən buraya gəlirəm və bütün bu proseslərin şahidiyəm. Sürətlə inkişaf edən Azərbaycan sülhün, sabitliyin mərkəzidir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri bildirib. Baş direktor Azərbaycan ilə ISESCO arasında uzun illər ərzində uğurlu, səmərəli əməkdaşlığın qurulduğu qeyd edib, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
Baxış sayı: 1 359
Azerbaijan’s mine problem raised in Prague
Azerbaijan's Foreign Ministry calls on Russia to thoroughly investigate provocative incident in front of its Embassy
French media highlights President Ilham Aliyev’s visit to Uzbekistan
Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation”
President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan

