XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində öz müstəqilliyini yenidən əldə etməyə imkan tapan Azərbaycan 1991-ci il oktyabrın 18-də Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsiylə uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.
Birinci imkan xarici müdaxilə və beynəlxalq təminatın olmaması səbəbindən itirildi və 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. 70 il sonra yaranan ikinci tarixi imkan isə Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi kimi müstəqil Azərbaycan dövləti qarşısında əldə olunmuş müstəqilliyi qorumaq, möhkəmləndirmək missiyası qoydu.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb. Daha sonra digər dövlətlər ölkəmizi müstəqil dövlət kimi tanıyaraq qəbul ediblər.
2 mart 1992 ci-ildə isə Azərbaycan BMT-yə üzv qəbul olunub.
Baxış sayı: 1 574
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted

