FACT-INFO.AZ » SİYASƏT » "Uğurlu xarici siyasətin arxasında İlham Əliyevin çevik qərarları durur"
16-10-2018, 08:25 | SİYASƏT
"Uğurlu xarici siyasətin arxasında İlham Əliyevin çevik qərarları durur"

Bunu Trend-ə Azərbaycan Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib. H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası dövlət quruculuğunun bütün istiqamətlərdə, o cümlədən, xarici siyasət sahəsində ciddi uğurlara imza atıb: "Azərbaycan Respublikası sözün əsl mənasında müstəqil xarici siyasət yürüdən ölkədir. Bu müstəqil siyasətin əsasını Azərbaycanın milli maraqları və ölkə vətəndaşlarının mənafeyinin qorunması təşkil edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu strategiya tarixi təcrübəni, geosiyasi reallıqları nəzərə alaraq, çoxistiqamətli və tarazlaşdırılmış əsasda praqmatik və realist prinsiplərlə həyata keçirilir. Etiraf etmək lazımdır ki, dünya miqyasında heç də hər bir dövlət müstəqil xarici siyasət yürütmək iqtidarında deyil".

O bildirib ki, Azərbaycan xalqı daxili siyasətdə olduğu kimi, xarici siyasət sahəsində də dövlət başçısının yürütdüyü xətti tam şəkildə dəstəkləyir: "Azərbaycan xarici siyasət sahəsində nailiyyətlərini Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzü, erməni lobbi dairələri və onların havadarlarının ölkəmizə qarşı apardığı psixoloji müharibə və dezinformasiya kampaniyalarına baxmayaraq əzmlə davam etdirir. Məqsədyönlü fəaliyyətin nəticəsidir ki, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını və Ermənistan-Azərbaycan münaqişənin məhz bu prinsiplər əsasında həllini dəstəkləyir".

PA rəsmisi vurğulayıb ki, mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycan sabitlik adasıdır: "Dövlət başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycanda sabitlik və təhlükəsizlik tam şəkildə təmin olunub, ölkəmizdə daxili risk mənbələri mövcud deyil. Çevik və prinsipial xarici siyasət vasitəsilə xaricdən olan hədə və təhdidlərin qarşısı alınır, ölkəmiz ətrafında xoşməramlı əməkdaşlıq mühiti yaradılır və daxili inkişaf üçün münbit zəmin yaradılır. Eyni zamanda, ölkəmizin daxili inkişafı xarici siyasətimizin müstəqilliyini və strateji manevr qabiliyyətini təmin edir".

H.Hacıyev əlavə edib ki, gərgin və nizamsız beynəlxalq münasibətlər şəraitində ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri əsasında xarici siyasət yürüdərək, heç bir dövlətin daxili işlərinə qarışmır və özünün də daxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir: "Azərbaycan Respublikası beynəlxalq münasibətlərin layiqli, etibarlı və məsuliyyətli üzvüdür. Ölkəmizin malik olduğu nüfuz və diplomatik resurslar yalnız yerləşdiyimiz regionla məhdudlaşmır, beynəlxalq xarakter daşıyır. İkitərəfli əməkdaşlığımızın coğrafiyası və məzmunu daim genişlənir, Azərbaycanın tərəfdaşlarının sayı artır. Ölkəmiz müxtəlif əməkdaşlıq layihələri ilə region və onun hüdudlarından kənarda sülh, sabitlik və çiçəklənmənin sərhədlərinin genişlənməsinə töhfə verir. Başqa sözlə desək, Azərbaycan bu gün təhlükəsizliyin və sabitliyin ixracatçısıdır. Həmçinin Azərbaycan müasir dövrün hədə və təhdidlərinin qarşısının alınmasında beynəlxalq birliyin səylərini yaxından dəstəkləyir".

Şöbə müdirinin müavini bildirib ki, Bakı bu gün beynəlxalq münasibətlərdə diplomatik paytaxt rolunda çıxış edir. Tamamilə fərqli fikir və baxışlara, hətta ziddiyyətlərə malik ölkələr və təsisatların dialoq məkanı olaraq Bakını seçmələri heç də təsadüfi deyil: "Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən üçtərəfli regional əməkdaşlıq formatı beynəlxalq səviyyədə diplomatik yenilik kimi qəbul olunaraq ikitərəfli əlaqələrimizi tamamlayır və yeni əməkdaşlıq imkanları yaradır".

H.Hacıyev deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində dənizlərə çıxışı olmayan Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb marşrutları üzrə dünya okeanlarını və qitələri birləşdirən nəqliyyat layihələrinin müəllifidir. Azərbaycan qlobal enerji təhlükəsizliyinə, o cümlədən Avropanın enerji təchizatına töhfə verən dövlətdir: "Fəal ikitərəfli diplomatik səylərimiz çoxtərəfli müstəvidə aparılan ardıcıl addımlarla müşayiət olunur. Beynəlxalq gündəlikdə duran fundamental məsələlər üzrə Azərbaycanın prinsipial və qəti mövqeyi var. İntensiv diplomatik rəqabət şəraitində 2012-2013-cü illərdə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü yerinə seçilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadını bir daha nümayiş etdirdi. Azərbaycan şərəflə və yüksək peşəkarlıqla BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünü həyata keçirdi, beynəlxalq gündəm üçün aktual olan bir sıra təşəbbüslərin müəllifi kimi çıxış etdi. Azərbaycanın Kimyəvi Silahların Qadağan olunması Təşkilatı, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İcraiyyə şurasında, 2017-2019-cu illər üzrə BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) üzvlüyü, 2018-2022-ci illər üzrə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsində təmsil olunması beynəlxalq ictimaiyyətin ölkəmizə olan davamlı etimad və dəstəyinin göstəricisidir. Həmçinin 2019-2022-ci illərdə Azərbaycan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrliyi həyata keçirəcək".

PA rəsmisi qeyd edib ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda seyrçi mövqeyində deyil, təşəbbüskar rolunda çıxış edir və təşkilatların gündəliyinin formalaşdırılmasında öz mühüm rolunu oynayır: "Tamhüquqlu üzv olduğumuz beynəlxalq təşkilatlarla bərabər Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlarla əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Dövlət başçısının qayğısı və diqqəti əsasında ötən müddət ərzində xarici siyasət fəaliyyətimizin təlim-tədris və maddi-texniki bazası inkişaf etdirilib və möhkəmləndirilib. 80-nə yaxın ölkədə Azərbaycanın diplomatik nümayəndəlikləri mövcuddur".

O vurğulayıb ki, bütün bu diplomatik nailiyyətləri Azərbaycan 15 illik qısa müddət ərzində əldə edib: "Uğurlu xarici siyasətin arxasında Prezident İlham Əliyevin düşünülmüş, məntiqli və təmkinli siyasəti, gərgin iş qrafiki, çoxsaylı və intensiv görüşləri, xarici səfərləri, mötəbər beynəlxalq tədbirlərdə çoxsaylı çıxışları, qəbul etdiyi çevik qərarlar və verdiyi tapşırıq və təlimatlar durur. Xarici siyasət fəaliyyəti mahiyyət etibarilə uzunmüddətli perspektivi əhatə edir. Dövlətimizin başçısının xarici siyasət sahəsində bu gün irəli sürdüyü bir sıra təşəbbüslər və layihələr vardır ki, Azərbaycan xalqı hələ qarşıdan gələn onilliklər ərzində onların bəhrəsini və faydasını görəcək.

Beynəlxalq ictimai-siyasi və elmi dairələrdə ölkələrin yürütdüyü xarici siyasət “smart”, “soft”, “hard power” və s. bu kimi müxtəlif nəzəri modellər, doktrina və konsepsiyalarla izah olunur. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət “Intelligent Foreign Policy” (müdrik, zəkalı xarici siyasət) kimi qiymətləndirilir və xarakterizə olunur"




Baxış sayı: 1 269
İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   Dünən, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib Dünən, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Dünən, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub Dünən, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub 26-09-2026, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib 26-09-2026, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb 26-09-2026, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır 26-09-2026, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930