FACT-INFO.AZ » SİYASƏT » ATƏT PA iştirakçılarının diqqətini Qarabağ münaqişəsi ilə bağlı vəziyyətə cəlb edə bildik - Azay Quliyev
8-10-2018, 17:40 | SİYASƏT
ATƏT PA iştirakçılarının diqqətini Qarabağ münaqişəsi ilə bağlı vəziyyətə cəlb edə bildik - Azay Quliyev

Fact-info.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev qurumun iclasının yekunlarını şərh edərkən deyib. A.Quliyev bildirib ki, ATƏT PA-da təmsil olunan Azərbaycan nümayəndə heyəti hər sessiyada maksimum dərəcədə aktivlik nümayiş etdirməyə çalışır, Azərbaycanın milli maraqlarına cavab verən məsələləri həm öz həmkarlarının diqqətinə çatdırır, həm də bununla bağlı ATƏT-də qərarların qəbul olunmasına çalışır:

“Bu baxımdan budəfəki sessiyada istisna olmadı. Burada müzakirə edilən məsələlər əsasən bölgəyə fokuslanmışdı və bölgənin, Mərkəzi Asiya ölkələrinin sülh və təhlükəsizliyinin təminatına və qlobal səviyyədə olan çağırışların və təhdidlərin aradan qaldırılması istiqamətində region ölkələri ilə əməkdaşlığa həsr olunmuşdu. Biz hər müzakirələr zamanı maksimum fəallıq nümayiş etdirməyə çalışdıq və Azərbaycanı maraqlandıran məsələləri təbii ki, gündəmə gətirdik. Şübhəsiz ki, bizim üçün bir nömrəli məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsidir və bununla bağlı mənim çıxışım da oldu”.

Onun sözlərinə görə, Ermənistan hər zaman çalışır ki, Dağlıq Qarabağla bağlı müzakirələrin qarşısı alınsın, çünki bu müzakirələrin aparılması onların marağında deyil:

“Sadə səbəb də ondan ibarətdir ki, hər dəfə müzakirələr zamanı biz Ermənistanın işğalçılıq mahiyyətini çılpaqlığı ilə qeyd edirik, ifşa edirik. Bizim hər çıxışımız ciddi arqumentlərə və faktlara söykənir. Biz beynəlxalq hüquq normalarına, münaqişə ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrə istinad edirik, Avropa Şurasının, ATƏT PA-nın qətnamələrinə istinad edirik. Ona görə bizim çıxışımız daha dolğun, ətraflı və əsaslı olur. Ancaq Ermənistan tərəfi heç bir arqumentə sahib deyil, bu baxımdan onların dedikləri nala-mıxa vurmaqdan başqa bir şey deyil və digər nümayəndə heyətləri tərəfindən gülünclə qarşılanır. Biz arqumentləri söyləyən zaman ermənilər çox aciz və çıxılmaz duruma düşürlər. Bu baxmdan da hesab edirəm ki, ATƏT PA-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumat var və ATƏT PA bizim mövqeyimizi qəbul edir, hörmətlə yanaşır və Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini anlayır”.




Baxış sayı: 1 412
İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   Dünən, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib Dünən, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Dünən, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub Dünən, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub 26-09-2026, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib 26-09-2026, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb 26-09-2026, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır 26-09-2026, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930