FACT-INFO.AZ » SİYASƏT » Azay Quliyev: “Paşinyanın etdiyi qeyri-realist və əsassız cəhdlər danışıqlar prosesini tamamilə pozaraq dayandırmaq məqsədi daşıyır”
5-10-2018, 22:20 | SİYASƏT
Azay Quliyev: “Paşinyanın etdiyi qeyri-realist və əsassız cəhdlər danışıqlar prosesini tamamilə pozaraq dayandırmaq məqsədi daşıyır”

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev qurumun payız sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında çıxış edib. Azay Quliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlamasından əsrin dörddə biri qədər vaxt keçsə də, təəssüf ki, hələ də problemin həlli üçün heç bir irəliləyişə nail olunmayıb. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qərarlarını, habelə ATƏT PA-nın 2015-ci ildə qəbul etdiyi Helsinki bəyannaməsini kobud şəkildə pozaraq, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirir.

A.Quliyev ATƏT PA-nın prezidenti Tseretelinin münaqişə tərəfi olan ölkələrin parlament rəhbərlərinin görüşünün keçirilməsiylə bağlı təklifinə münasibət bildirərək deyib ki, yaxın zamanda Azərbaycan Milli Məclisinin bu məsələylə bağlı rəsmi mövqeyini öyrənərək onlara məlumat verəcək: “Fikrimcə, biz Ermənistan və Azərbaycanın parlamentlərinin rəhbərlərinin görüşü də daxil olmaqla, münaqişənin həlli istiqamətində bütün mümkün vasitələrdən istifadə etməliyik. Bu, danışıqlar prosesinə müəyyən impuls verə və mövcud status-kvonu dəyişməyə yardım edə bilər”.

ATƏT PA-nın vitse-prezidenti Assambleyanın Daimi Komitəsi və Büro üzvləri üçün münaqişənin həlli ilə bağlı hazırkı vəziyyətə dair iki əsas komponentə aydınlıq gətirib: “Əslində, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında ikitərəfli görüşlər nəzərə alınmasa, hazırda ən yüksək səviyyədə davam edən real danışıqlar yoxdur. Danışıqlar prosesi Ermənistanın yeni rəhbərliyi tərəfindən dayandırılıb. Baş nazir Paşinyan vəzifəyə gəldikdən sonra nümayişkaranə şəkildə indiyədək əldə edilmiş nəticələrə göz yumur və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar formatından imtina edir. Beləliklə, o, sülh yolu ilə məsələnin həll olunması formatını dəyişdirməyə və Dağlıq Qarabağ separatçılarını müstəqil tərəf kimi danışıqlar masasına gətirməyə çalışır. Bu nəinki qəbuledilməz, həm də təhlükəlidir. Məlum olduğu kimi, münaqişənin iki tərəfi var: Ermənistan və Azərbaycan. Bu beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT tərəfindən təsdiq edilmişdir”.

Azay Quliyev Paşinyanın mövcud formatı dəyişdirmək üçün etdiyi qeyri-realist və əsassız cəhdlərin sülh danışıqları prosesini pozaraq tamamilə dayandırmaq məqsədi daşıdığını deyib: “Münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesinin pozulmasının ağır nəticələrini hər birimiz aydın təsəvvür edə bilirik”.

ATƏT PA-nın vitse-prezidenti deyib ki, Azərbaycan Dağlıq Qarabağ əhalisinin regionun yekun hüquqi statusunun müəyyənləşdirilməsində iştirak etməsi məsələsini anlayır və bunu həyata keçirməyə hazırıq. Amma bu, yalnız 7 ətraf rayonun işğaldan azad edilməsindən və bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtmasından sonra mümkündür: “Rəsmi Bakı Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ərazi bütövlüyü və suverenliyi çərçivəsində Dağlıq Qarabağın həm erməni, həm də azərbaycanlı icmalarının gələcəkləri barədə qəbul edəcəkləri birgə qərarı dəstəkləməyə hazırdır”.

Azay Quliyev Assambleya üzvlərinin diqqətini münaqişəylə bağlı aydınlaşdırılmasına ehtiyac olan digər bir aspektə də çəkib: “Bəziləri münaqişəni səhvən “Dağlıq Qarabağ münaqişəsi” adlandırırlar. Bu doğru deyil. Azərbaycanın Dağlıq Qarabağdan başqa, işğal altında Dağlıq Qarabağın ərazisindən 3 dəfə, əhalisindən isə 6 dəfə çox olan 7 ətraf rayonu da var: Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan. Bu 7 ətraf rayonun Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur və biz şahidik ki, Ermənistan işğal etdiyi bu ərazilərdən siyasi manipulyasiya və bazarlıq predmeti qismində istifadə edir. ATƏT PA-nın vitse-prezidenti bildirib ki, bu bölgələrin statusu müzakirə mövzusu deyil. Ermənistan hərbi birləşmələrini bu torpaqlardan şərtsiz çıxarmalıdır. Bu məsələ hər hansı bir qondarma kompromis mövzusu ola bilməz.

Azay Quliyev çıxışında vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana məxsus olan Dağlıq Qarabağın və ətraf rayonların işğalını davam etdirərək və orada qeyri-qanuni və marionet rejim yaradaraq heç bir nəticə əldə edə bilməyəcəyini unutmamalıdır: “Bu cür addımlar heç nəyi dəyişmir və Ermənistana sülh və rifah gətirmir.Əksinə bu hal, vəziyyəti daha da ağırlaşdırır və çoxlu sayda gənclərin həyatına son qoyur”.




Baxış sayı: 1 553
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031