Fact-info.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. B.Muradova qeyd edib ki, N.Paşinyanın baş nazir seçilməsi problemləri aradan qaldırmayıb, əksinə, daha da dərinləşdirib:
“Bu da özünü ölkə daxiilndə gedən proseslərdə qabarıq şəkildə göstərir. Siyasətdə səriştə, vərdiş, diplomatik gedişlərə malik olmaq siyasətçi üçün vacib məsələdir. Paşinyanın bu imkanları aşağı səviyyədədir. Odur ki, revanş almaq istəkləri olacaq. Ermənistanda narazı siyasi qüvvələr ölkədəki durumu gərginləşdirməklə əvvəlki imkanlarını geri qaytarmaq niyyətindədirlər, onlar bu mübarizədə imkanlarını Paşinyana qurban vermək niyyətində deyillər. Bu münasibətlər gərginləşməyə doğru gedəcək”.
Vitse-spiker əlavə edib ki, Azərbaycan Ermənistan tərəfdə Dağlıq Qarabağ probleminin həlli üçün adekvat təmsilçi görmək niyyətindədir: “Hansı siyasi qüvvənin hakimiyyətdə olması onların daxili işidir, amma kimin olmasından asılı olmayaraq Dağlıq Qarabağ məsələsində adekvat danışıq tərəfi kimi normal siyasətçi ilə üz-üzə olmaq istəyirik”.
Baxış sayı: 1 479
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted

