FACT-INFO.AZ » SİYASƏT » PA rəsmisi: Ermənistanın baş naziri Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb
27-09-2018, 08:55 | SİYASƏT
PA rəsmisi: Ermənistanın baş naziri Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb

Dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsini, oxlokratik diktaturanın qurulmasını demokratiya kimi təqdim etməsi cəhdləri gülünc doğurur. Populizm, siyasi demoqoqiya və kütlələrin manipulyasiyası ilə məşğul olan siyasətçilərin keçən əsrin 30-40-cı illərində Avropada hansı fəsadlara yol açdığı hər kəsə yaxşı məlumdur.

Fact-info.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib. Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın baş naziri tərəfindən BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumu müzakirələrinin mövzusuna uyğun olaraq, ölkənin inkişafı, dayanıqlı inkişaf məqsədlərinin milli səviyyədə həyata keçirilməsi, qonşu dövlətlərlə sülh şəraitində yaşamaqla bağlı heç bir fakt və ya rəqəm səsləndirilməmişdir. Çünki bunlar yoxdur. BMT Nizamnaməsinin 2(4) maddəsini kobud şəkildə pozaraq Azərbaycana qarşı gücdən istifadə edən və ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edən Ermənistan tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülmüşdür. Ermənistan öz ərazisində və işğal olunmuş torpaqlarda bir milyondan artıq köklü Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törətmişdir.

Prezident Administrasiyasının rəsmisi deyib ki, Ermənistanın baş naziri sələflərinin siyasətini davam etdirərək təxribatçı və hərbi avantüra xarakterli addımları, ziddiyyətli və cəfəng fikirləri ilə danışıqlar prosesinin iflic hala salınmasına xidmət edir. Bütün beynəlxalq ictimaiyyətə çox yaxşı bəllidir ki, münaqişənin həllində ən başlıca maneə Ermənistanın Azərbaycana qarşı hərbi işğalının davam etməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur. Hələ bu azmış kimi Ermənistanın baş naziri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam hörmətsizlik şəraitində işğal edilmiş ərazilərin ilhaqına çağırır. Ermənistanın baş naziri BMT-nin mənzil-qərargahında olduğu halda, münaqişənin həllinin siyasi-hüquqi əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin üzərindən qəsdən sükutla keçir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına mane olmağı dayandırmalı və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Yalnız bu halda münaqişənin həlli, regionda davamlı sülh və sabitliyin təmin olunması mümkündür.




Baxış sayı: 1 254
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031