FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan İƏT ölkələrini Ermənistanla münasibətləri aşağı səviyyəyə endirməyə çağırıb
25-09-2018, 09:05 | SİYASƏT
Azərbaycan İƏT ölkələrini Ermənistanla münasibətləri aşağı səviyyəyə endirməyə çağırıb

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlətlərinə Ermənistanı BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) 884 (1993) saylı qətnamələrində, eləcə də İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə və qərarlarındakı tələblərə əməl etməyə vadar etmək üçün bu ölkə ilə ikitərəli münasibətlərini aşağı səviyyəyə endirmələrini təklif edib. Azadinform xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqə Qrupunun Nyu-Yorkda keçirilən 3-cü iclasında çıxışı zamanı deyib.

"Ermənistanla Azərbaycan arasında münaqişə başlayandan bəri əsrin bir rübündən çox vaxt keçib. Buna baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının tələbləri və BMT Baş Assambleyanın qətnamələri, İƏT və digər beynəlxalq təşkilatların qərarları və fərdi dövlətlərin mövqelərinə hörmətsizlik edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirir", - deyə nazir bildirib.

O qeyd edib ki, Ermənistan davamlı şəkildə münaqişənin həlli prosesinə maneələr törədir, eyni zamanda nəticələrə yönələn danışıqlara aparmaqdan imtina edir, yerdə vəziyyəti gərginləşdirmək üçün davamlı müxtəlif təxribatlara əl atır və zəbt etdiyi ərazilərin işğalını möhkəmləndirməyə çalışır. Nazir əlavə edib ki, Ermənistan 1948-ci il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə, xüsusilə Suriyadan olan qaçqınların və digər erməni əsilli insanların qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir.

"Bu yaxınlarda Ermənistanın hərbi diktatorluğu devrildi və ölkənin rəhbərliyi dəyişildi. Yeni rəhbərlikdən ilkin gözləntilər bəyan edildiyi kimi onun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət demək olan demokratik dəyərlərə tam hörmət siyasəti üzərində qurulacağı idi.

Təəssüf ki, yeni rəhərlik öz sələflərinin yolunu davam etdirmək qərarına gəldi və öz vəzifəsinə münaqişənin sülh yolu ilə həlli üzrə davam edən danışıqlara ciddi xələl yetirən təxribatçı bəyanatlar verməklə başladı. 26 sentyabrda Nyu-Yorkda erməni həmkarım ilə görüşüm baş tutacaq", - deyə E.Məmmədyarov vurğulayıb. Onun sözlərinə görə, "Ermənistanda davamlı qeyri-sabit daxili siyasi inkişaf olduğu üçün və bu ölkədə nələrin baş verdiyini kənardan anlamaq mümkün olmadığı üçün istisna edə bilmərik və etmirik ki, Ermənistanın yeni baş nazirin sonuncu bəyanatları və əməlləri yerdə vəziyyəti daha çox hərbi qarşıdurma ilə gərginləşdirməyə niyyətlənib. Bu mənfi senarinin bütün nəticələri tamamilə erməni tərəfinin üzərində olacaq"

"Biz ümid edirik ki, İƏT üzv ölkələrinin Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyi və onların ölkəmizin suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyi işğalçını beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və İƏT qərarlarına uğunlaşdırmaq üçün daha konkret, praktiki və effektiv tədbirlərə çevriləcək. Bununla əlaqədar, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Əlaqə Qrupunu İƏT-in münaqişə üzrə müvafiq qərarlarının həyata keçirilməsi üçün praktiki addımların müzakirəsi, müəyyənləşdirilməsi və işlənilməsi üçün əhəmiyyətli platforma kimi nəzərdən keçiririk. Bu qrup çərçivəsində tərəfimizdən işlənib hazırlanmış praktiki tədbirlər baxılması və qəbul edilməsi üçün İƏT Nazirlər görüşünə və geniş icrası üçün İƏT-ə təqdim olunmalıdır", - deyə XİN başçısı diqqətə çatdırıb.

E.Məmmədyarov bildirib ki, Azərbaycan İƏT-in Ermənistan-Azərbaycan münaqişəsi üzrə müvafiq qərarlarını ətraflı şəkildə nəzərdən keçirdikdən sonra bu qərarların praktiki həyata keçirilməsinə töhfə verəcək bir sıra tədbirlər müəyyən edib. Təklif etdiyimiz tədbirlər bugünkü qərarımız əsasında İƏT Baş Katibi tərəfindən irəli sürüləcək. Biz təklif edirik ki, İƏT Baş katibi:

1.İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın təcavüzünə son qoymaq istiqamətində Azərbaycan Hökumətinin səylərinin dəstəklənməsi ilə bağlı İƏT üzv ölkələrinə beynəlxalq və regional təşkilatlardakı daimi nümayəndələrini təlimatlandırmaq xatırlatmasını əks etdirən Verbal Notanı yaysın.

2.1992-ci ilin fevralında Azərbaycan Respublikasının Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanlıların kütləvi şəkildə öldürülməsi ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün İƏT üzv ölkələri və İƏT Katibliyinin mümkün töhfələri barədə təkliflər işlənib hazırlansın.

3.Ermənistana hər hansı silah-sursat və hərbi təchizat verilməsinin qarşısını almaq, ölkələrin fiziki və hüquqi şəxslərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal edilmiş digər ərazilərinə hər hansı səfərləri və fəaliyyətini qadağan etmək və Azərbaycan ərazilərinin işğalının saxlanılmasına yardım edə biləcək hər hansı yardımın qarşısını almaq məqsədilə İƏT üzv ölkələrinə müraciət etsin.

4.Azərbaycanın işğal edilmiş ərazilərində turizmin təşviqi və bu ərazilərə turist səfərlərinin qeyri-qanuni xarakter daşıması və qanunsuz separatçı rejimin beynəlxalq turizm sərgilərində və digər turizm tədbirlərində təbliğinin qəbuledilməzliyi ilə bağlı ərazilərində fəaliyyət göstərən turizm şirkətləri, səyahət agentlikləri və onların çətir təşkilatlarının mümkün qədər geniş şəkildə məlumatlandırması üçün üzv ölkələrə müraciət etsin.

5.Ermənistanı BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) 884 (1993) saylı qətnamələrində, eləcə də İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə və qərarlarındakı tələblərə əməl etməyə vadar etmək üçün bu ölkə ilə ikitərəli münasibətlərini aşağı səviyyəyə endirmələri üçün üzv ölkələrə müraciət etsin.

6.İƏT üzv ölkələri adından Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə məscidlər və digər müqəddəs yerlərin, tarixi yerlərdə qanunsuz arxeoloji qazıntılar, toponimlərin dəyişdirilməsi və digər saxtakarlıqlar daxil olmaqla Azərbaycanın tarixi abidələrinin vəhşicəsinə dağıdılması aktlarına qarşı etiraz və bu barədə məlumatlılığın artırılması üçün beynəlxlaq kampaniya başlatsın. 7.Xarici İşlər Nazirlərinin növbəti görüşü üçün üzv ölkələr tərəfindən İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi sənəd və qərarların yerinə yetirilməsi üzrə hesabat təqdim etsin.




Baxış sayı: 1 364
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031