FACT-INFO.AZ » SİYASƏT » Elman Nəsirov: Paşinyan işğalçılıq siyasətindən əl çəkməsə, onun aqibəti Sarkisyandan da pis olacaq
24-09-2018, 07:35 | SİYASƏT
Elman Nəsirov: Paşinyan işğalçılıq siyasətindən əl çəkməsə, onun aqibəti Sarkisyandan da pis olacaq

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən xüsusi iclasda çıxışına münasibət bildirərkən deyib. E.Nəsirov qeyd edib ki, bu ziddiyyətli bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını daha da məhdudlaşdırır və münaqişənin daha da dərinləşməsinə xidmət göstərir: “Azərbaycan münaqişəni dinc yolla həll etmək istəyir, lakin gərək qarşı tərəf də adekvat olsun. Təəssüf ki, biz bu adekvatlığın şahidi deyilik. Azərbaycan öz torpaqlarının erməni işğalı altında olmasına baxmayaraq, bu gün dünya xəritəsində bir uğur modelidir, nümunəsidir və son 15 ildə bizim iqtisadiyyatımızda 3,2 dəfə artım var ki, bu da dünyada analoqu olmayan bir hadisədir. Ermənistanda isə bu gün yoxsulluq rəsmi 30 faiz, qeyri-rəsmi isə 50 faiz səviyyəsinə gəlib çatıb. Ermənistan rəhbərliyi bütün bunlardan nəticə çıxarmalı və siyasətinə düzəlişlər etməlidir. Əks halda isə Paşinyanı heç şübhəsiz ki, hakimiyyətdən uzaqlaşdırdığı Sarkisyanın taleyi gözləyə bilər”.

Deputat bildirib ki, Azərbaycanda bütün uğurların kökündə xalq-hakimiyyət birliyi dayanır: “O birlik ki, Ermənistanda heç bir halda yoxdur. Bu gün Ermənistan hakimiyyətinin atdığı addımlar ölkəni daha da zəiflədir. Ermənistanın xarici siyasəti də iflasa uğrayıb. Ermənistanın müstəqillik günündə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın dövlət başçısı Armen Sarkisyanı təbrik edir, amma Paşinyanı təbrik etmir. Müqayisə üçün deyim ki, Putin İsrailin, Almaniyanın baş nazirlərini təbrik etmişdi. Yəni bu, Paşinyana olan münasibətin ifadəsidir. Eyni zamanda BMT Baş Assambleyasının növbəti iclasında Paşinyanla ABŞ Prezidenti Donald Trampın görüşü hazırlanırdı, lakin ən son məlumata görə, Tramp həmin görüşdən imtina edib. Yəni bütün bunlar onu göstərir ki, Paşinyanın həm daxili, həm də xarici siyasəti faktiki olaraq iflasa uğrayıb”.

E.Nəsirovun sözlərinə görə, N.Paşinyan hələ də dərk etməyib ki, özündən əvvəlki hakimiyyətlərin süqutunu şərtləndirən ən mühüm amil işğalçılıq siyasəti olub: “Paşinyan bu siyasətdən imtina ilə bağlı heç bir addım atmır. Deməli, Paşinyanın taleyini proqnozlaşdırmaq o qədər də çətin deyil. Onun aqibəti Sarkisyandan da pis ola bilər”.




Baxış sayı: 1 456
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30