Fact-info.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu fikirləri V çağırış Milli Məclisin ilk sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
Dövlət başçısı bildirib ki, iqtisadi sahədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, bölgələrdə infrastruktur və sosial təyinatlı layihələrin həyata keçirilməsi vacibdir.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan liderlik göstərərək Avropanın enerji xəritəsini yenidən tərtib edir: “Cənub Qaz Dəhlizinin reallaşması ölkəmizin imkanlarını daha da genişləndirəcək, bölgədə və qitədə gedən proseslərə Azərbaycanın təsir imkanlarını artıracaq. Bundan əlavə, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasında Azərbaycan mühüm rol oynayır. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz və ölkəmizə qarşı aparılan çirkin kampaniyalara ən gözəl cavab Azərbaycan reallıqlarıdır”.
Dövlət başçısı qeyd edib ki, dünyada vəziyyət, güclər nisbəti dəyişir: “Azərbaycanda isə təhlükəsizlik təmin edilir. Azərbaycan özünü hər bir xarici müdaxilədən qorumaq iqtidarındadır. Azərbaycan müstəqillik yolu ilə uğurla gedir”.
Baxış sayı: 2 596
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

