FACT-INFO.AZ » SİYASƏT » Salatın Əsgərovaya həsr edilən “23” sənədli filmi
24-11-2015, 09:35 | SİYASƏT
Salatın Əsgərovaya həsr edilən “23” sənədli filmi

Təqdimat Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi tərəfindən təşkil edilib. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Ramiz Rövşənin ssenarisi əsasında rejissor İsmayıl Zeynalov tərəfindən çəkilib.

Tədbir iştirakçıları Salatın Əsgərovanın xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Xalq Artisti Flora Kərimova Salatın Əsgərovaya həsr olunmuş mahnı ifa edib.

Filmin ssenari müəllifi, şair, yazıçı Ramiz Rövşən film üzərində fəaliyyətindən danışaraq bildirib ki, hər bir dövr şəxsiyyətlərin simasında tarixdə əbədiləşir. Salatın Əsgərova da öz ölkəsində müəyyən bir dövrün siması olub.

Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov anasının xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkür edərək bildirib ki, Milli qəhrəmanlarımız barəsində hər bir film, hər bir kitab, hər bir şeir gələcək nəsillərə müraciətdir, tarixi yaddaşımızdır.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanın Milli qəhrəmanlarına həsr olunan 6 film çəkilib.

Kinorejissor Yalçın Əfəndiyev, Salatın Əsgərovanın bacısı Zümrüd, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, AMEA-nın müxbir üzvü Kərim Kərimov, Müharibə və Əmək Veteranları İctimai Birliyinin sədri Almaz Qasımova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Bəhram Şeydayev, Salatın Əsgərovanın qələm dostu, “Medik” qəzetinin redaktoru Nigar Məcidova və başqaları Salatın Əsgərova haqqında xatirələrini bölüşüblər.

Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda anadan olub. 1979-cu ildə Mikayıl Müşviq adına 18 nömrəli məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub.

S.Əsgərova jurnalistlik fəaliyyətinə “Baku” qəzetində başlayıb. 1988-ci ildən “Molodyoj Azerbaydjana” qəzetində reportyor işləyib. 1990-1991-ci illərdə Dağlıq Qarabağdan reportajlar hazırlayıb, tez-tez hərbi əməliyyatlar zonasına gedib.

1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedən yolda, Qaladərəsi kəndi yaxınlığında içərisində Salatın Əsgərovanın olduğu maşın erməni silahlıları tərəfindən atəşə tutulub. Ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bakıda Şəhidlər xiyabanında dəfn olunub.

Bakıdakı küçələrin birinə Salatın Əsgərovanın adı verilib. Bakı buxtasındakı katerlərdən biri də onun adını daşıyır. Yaşadığı binanın divarına memorial lövhə vurulub. Salatın Əsgərovanın qətlə yetirildiyi yerin yaxınlığındakı kənd onun şərəfinə Salatınkənd adlandırılıb.

 

 




Baxış sayı: 2 028
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031