ABŞ-da törədilən dəhşətli terror aktından 17 il ötür. 2001-ci ilin sentyabrın 11-də "Əl-Qaidə" terror təşkilatı Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində irimiqyaslı terror hadisəsi törədib. Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsinin ələ keçirən "Əl-Qaidə" terror təşkilatının üzvləri Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə hücum ediblər. Onlar sərnişin dolu təyyarəni mərkəzin Şimal qülləsinə çırpıblar. Saat 09:03 radələrində isə terrorçular ələ keçirdikləri ikinci təyyarə ilə Cənub qülləsinə hücum ediblər. Hər iki qüllə təyyarə hücumuna qarşı davamlı və güclü tikilsə də, qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağıdılıb. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binası da üçüncü təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib. Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.
Baxış sayı: 1 514
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

