Almaniya Kansleri Angela Merkelin Azərbaycana və ümumilikdə regiona səfəri Avropanın Cənubi Qafqaz ölkələri ilə tərəfdaşlıq münasibətlərini möhkəmləndirməyə maraqlı olduğunu göstərir. Bunu Trend-ə iqtisadiyyat üzrə ekspert İqor Tsaraniç deyib. Ekspert bildirib ki, Almaniya regionun aparıcı və inkişaf edən ölkəsi kimi Azərbaycanla ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsində maraqlıdır. O qeyd edib ki, Almaniya bir çox digər Avropa ölkələri kimi Azərbaycan tərəfindən reallaşdırılan böyük enerji layihələrinin həyata keçirilməsini dəstəkləyir: “Hesab edirəm ki, Almaniya Kanslerinin Azərbaycana səfəri çərçivəsində Avropaya qaz tədarükü ilə bağlı qarşılıqlı əməkdaşlığın, o cümlədən enerji sahəsində gələcək fəaliyyətin mühüm aspektləri müzakirə olunub. Azərbaycan özünü Avropanın enerji təhlükəsizliyinin təminatçısı olduğunu bəyan edib və bu fakt Avropanın aparıcı ölkəsi kimi Almaniya üçün də vacib və dəyərlidir". Ekspert əlavə edib ki, Almaniya ilə Azərbaycan arasında, həmçinin sahibkarlıq sahəsində ticari-iqtisadi əlaqələr qurulub.
Baxış sayı: 1 439
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

