Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib. Hər iki dövlətin yeni vəzifəyə başlayan rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etdiyini vurğulayan Binəli Yıldırım deyib: “Bu, ölkələrimiz arasında formalaşan gözəl ənənədir. Biz də bu ənənəni davam etdiririk. Türkiyə Böyük Millət Məclisinin yeni sədri olaraq ilk səfərlərimdən birini dost və qardaş Azərbaycana etmişəm”.
Türkiyə Böyük Millət Məclisinin sədri səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini, səmərəli müzakirələr apardığını qeyd edib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan parlament sədri ölkələrimiz arasında ticarət əlaqələrinin və qarşılıqlı sərmayə qoyuluşunun genişləndiyini, strateji layihələrin davamlı olaraq həyata keçirildiyini, bütün istiqamətlərdə əlaqələrimizin gündən-günə daha da inkişaf etdiyini vurğulayıb.
Baxış sayı: 1 426
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

