Federal Kansler kimi mənim Azərbaycana ilk səfərimdir və ilk imkan idi ki, ölkələrimiz arasında münasibətləri burada açıq şəkildə müzakirə edək, əməkdaşlığımızı davam və inkişaf etdirək. AZƏRTAC xəbər verir ki, bu sözləri avqustun 25-də Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyev ilə Bakıda keçirilən birgə mətbuat konfransında söyləyib. “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini qeyd edir. Azərbaycan artıq ənənələri olan bir dövlətdir”, - deyən Angela Merkel ikitərəfli münasibətləri belə xarakterizə edib: “Bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var. Azərbaycanda xarici ticarət palatamız var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan da, öz növbəsində, iqtisadiyyatın şaxələndirilməsinin həyata keçirilməsində maraqlıdır və Almaniya bu sahədə öz ciddi töhfəsini verə bilər. Bu gün birgə biznes forumu da buna xidmət edəcək və orada detallar barədə danışacağıq”. Almaniya kansleri Azərbaycanın Avropa İttifaqının enerji şaxələndirilməsində güclü bir amil olduğunu vurğulayaraq bildirib ki, Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq. “Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk. Bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq”, - deyə Angela Merkel qeyd edib.
Baxış sayı: 1 507
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted

