“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayza “Washington Post” qəzetində nəşr olunan məqaləsində bildirib. “Bu, gözlənilməz və düşmən davranış NATO-dakı müttəfiqə maksimum dərəcədə zərər vurmağa yönəlib”, - o, ABŞ-ın Türkiyədən idxal olunan polad və alüminiuma görə gömrük rüsumlarının artırılması məsələsini şərh edərkən bildirib. M.Brayzanın fikrincə, ABŞ administrasiyasının Türkiyə iqtisadiyyatını darmadağın etmək məqsədi daşıyan qərarları Türkiyə ilə müttəfiqlik münasibətlərindən imtina deməkdir. O, Türkiyədən imtina dəcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdəki fəallığının azalacağını və koalisiyanın İŞİD-ə qarşı hələ başa çatmayan səylərini təhlükə altına salacağını bildirib. Eyni zamanda, M.Brayza ABŞ və Türkiyə arasında hərbi əməkdaşlıqda tərəfdaşlığın əhəmiyyətini göstərib. O, bu baxımdan İncirlikdəki hərbi bazanın ABŞ-ın ölkə xaricində yerləşən digər hərbi bazalar arasında xüsusi rol oynadığını vurğulayıb.
Baxış sayı: 1 579
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

