FACT-INFO.AZ » SİYASƏT » Bu Konvensiya Azərbaycanın həyata keçirdiyi layihələrin önəmini daha da artıracaq
17-08-2018, 09:10 | SİYASƏT
Bu Konvensiya Azərbaycanın həyata keçirdiyi layihələrin önəmini daha da artıracaq

Bu amil Konvensiyanın önəmini daha da artırır. Digər tərəfdən Xəzərin hüquqi statusu haqqında Konvensiya dövlətlərin ərazi bütövlüyünün toxunulmazılığı prinsipinin alternativsiz olaraq yer aldığı beynəlxalq hüquqi statusu olan sənəd kimi çox mühüm əhəmiyyətə malikdir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəyli qeyd edib ki, Konvensiyanın imzalanmasından narahatlıq keçirən bəzi qüvvələr əsasən Xəzərdə sahilyanı dövlətlərdən başqa digər xarici ölkələrin hərbi mövcudluğuna yol verilməməsi məsələsini qabardırlar. Bu yanaşmanın geostrateji maraqlardan qaynaqlandığını deyən siyasi ekspert əlavə edib ki, nəticə etibarilə Xəzər dənizinin sahilyanı dövlətlərə məxsus olmayan hərbi kontingentə qapalı elan edilməsi Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İranın hərbi doktrinasından və konstitusiya qanunlarından qaynaqlanan amildir və mübahisəsiz olaraq sahilyanı dövlətlərin maraqlarını ifadə edir.

Onun sözlərinə görə, Konvensiya heç bir sahilyanı dövlətin Xəzər dənizində hərbi üstünlüyünə imkan vermir və sabit hərbi balansın qorunub saxlanılmasını vacib şərt kimi irəli sürür. Konvensiyada Xəzərin yalnız dinc məqsədlər üçün istifadə olunması, sülh, yaxın qonşuluq, dostluq və əməkdaşlıq dənizinə çevrilməsinin ön şərt kimi irəli sürülməsi də vacib şərtlərdən biridir.

“Konvensiyada Xəzər dənizində yalnız sahilyanı dövlətlərin bayraqları olan gəmilərin üzməsinə və keçməsinə icazə verilməsi də hövzə ölkələrinin iqtisadi maraqlarına xidmət edir və bu da öz növbəsində sahilyanı dövlətlərin yük daşımalarında üstünlük əldə etmələrinə imkan yaradır. Nəzərə alsaq ki, Xəzər dənizində regionun ən böyük və müasir limanı Azərbaycana məxsusdur, həmçinin ölkəmiz nəqliyyat dəhlizlərinin diversifikasiyasında önəmli layihələrə imza atıb, bu, ölkəmizdə nəqliyyat infrastrukturunun, o cümlədən gəmiçiliyin daha da inkişafı üçün mühüm əhəmiyyətə malikdir”,-deyə E.Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, Konvensiyanın önəmli cəhətlərindən biri də sənədin sahilyanı dövlətlərə mübahisəsiz olaraq Xəzər dənizinin təki ilə sualtı kabel və boru kəmərlərinin çəkilməsinə imkan verməsidir. Bununla bağlı müddəalar kifayət qədər dəqiq ifadə olunub. Məsələn, Konvensiyada qeyd olunur ki, tərəflər Xəzərin təki ilə sualtı magistral kəmərlər çəkə bilərlər. Bu halda onlar həyata keçirdikləri layihələrin beynəlxalq müqavilələrdə yer alan ekoloji tələb və standartlara uyğun olmasını təmin etməlidir.

Siyasi ekspert, həmçinin qeyd edib ki, sualtı kabel və magistral boru kəməri layihələri yalnız Xəzərin təkində bu və ya digər ölkəyə məxsus sektordan keçdiyi halda məhz həmin dövlətlə razılaşdırılmalıdır. Bu, olduqca vacib məqamdır və Xəzərin təki ilə magistral boru kəmərlərinin çəkilməsi müstəvisində bütün manipulyasiyalara son qoyulmasına imkan yaradır.

Magistral boru kəmərlərinin çəkilməsi ilə bağlı Konvensiyada yer alan tələblər, yalnız Xəzərin flora və faunasının, ekologiyasının qorunması ilə bağlıdır ki, bu da sənədin siyasi mülahizə və iddialara deyil, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını ortaya qoyur. E.Mirzəbəylinin sözlərinə görə, müzakirələr üçün 22 illik bir zaman kəsiyi sərf olunsa da, əldə olunan nəticə özünü doğruldur. Çünki Konvensiya təkcə sahilyanı dövlətlər üçün deyil, bütövlükdə qlobal miqyasda oxşar problemlərin həllində president rolunu oynaya biləcək nümunəvi bir sənəddir.

“Konvensiyanın imzalanmasına aparan yolda Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə, qətiyyət, milli maraqların uzlaşdırılmasına xidmət edən konstruktiv yanaşma xüsusilə qeyd olunmalıdır. Azərbaycan regionda Xəzər dənizi ilə birbaşa bağlılığı olan qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüsçüsü və əsas icraçılarından biri kimi Konvensiyanın razılaşdırılması prosesində ilk dövrlərdə episentr, daha sonra isə körpü rolunu oynayıb. Bu baxımdan, dövlətimizin və təbii ki, Prezidentimizin Xəzərin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılmasında və qəbul olunmasında müstəsna xidmətləri var”,- deyə siyasi ekspert vurğulayıb.

O bildirib ki, Konvensiyanın Xəzər hövzəsində sülhün, sabitliyin və təhlükəsziliyin qorunmasına, əməkdaşlığın genişləndirilıməsinə yol açacağı, Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin önəmini daha da artıracağı şübhəsizdir.




Baxış sayı: 1 491
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031