FACT-INFO.AZ » SİYASƏT » 10-cu sammit: BRİCS meydan oxuyur
8-08-2018, 10:05 | SİYASƏT
10-cu sammit: BRİCS meydan oxuyur

Son illər ardıcıl olaraq sammitlər keçirib və hər dəfə də maraqlı qərarlar qəbul edib. Onun 10-cu yubiley sammitinə Cənubi Afrika Respublikası ev sahibliyi edib. Burada liderlər çox əhəmiyyətli beynəlxalq məsələləri müzakirə edib, onları yekun bəyannamədə vurğulayıblar. Sənəddə siyasi, geosiyasi, iqtisadi, ticari, humanitar və təhlükəsizlik məsələləri yer alıb. Müxtəlif regionlardakı münaqişələrin həllinə ortaq mövqe nümayiş etdirilib. Tədbirdə alınan qərarlar göstərir ki, BRİCS yeni səviyyədə qlobal məsələlərə təsir göstərmək əzmindədir. Təşkilat daha nüfuzlu olmağın yollarını arayır. Mümkündür ki, o, tərkibini genişləndirsin. Bütün bunlara görə də, ekspertlər Yohannesburqdakı sammitin mümkün geosiyasi nəticələri üzərində geniş dayanırlar. Bu aspektdə bir sıra aktual məqamları təhlil etməyə ehtiyac görürük. Qlobal proseslərə təsir: yeni güc mərkəzi yaranır?

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində BRİCS-ə üzv ölkələrin 10-cu yubiley sammitinin bəyannaməsi qəbul edilib. Bu təşkilat 2001-ci ildə yaradılıb. İlk üzvləri Braziliya, Rusiya, Hindistan, Çin olub. Maraqlıdır ki, bu termin-akronimi 2001-ci ildə ABŞ-ın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs"ın qlobal iqtisadi tədqiqatlar şöbəsinin rəhbəri Cim O’Nill təklif edib. Onun məqsədi bununla dünyanın dinamik inkişaf edən dörd iqtisadiyyatını vurğulamaq olub. 2011-ci ildə təşkilata Cənubi Afrika Respublikasının daxil olması ilə adı BRİCS-ə çevrilib.

10 ildir ki, mövcud olmasına baxmayaraq, BRİCS real fəaliyyətə 2006-cı ildən başlayıb. Onun təşəbbüskarı Vladimir Putin olub. BRİCS-ə daxil olan ölkələrin rəhbərlərinin müntəzəm görüşü 2010-cu ildən başlayır. Həmin ildən bu yana təşkilatın hər il yüksək səviyyəli sammitləri təşkil olunur. Eyni zamanda, həmin tədbirlərdə qlobal siyasət, iqtisadiyyat, ticarət, maliyyə və hərbi təhlükəsizliklə bağlı dünyanı maraqlandıran məsələlər müzakirə edilir. 2017-ci ildə Çində keçirilən 9-cu sammitdə isə konkret olaraq yeni dünya düzəni, dünya iqtisadiyyatında proteksionizmə qarşı mübarizə, ticarətdə bütün dövlətlər üçün bərabər şəraitin yaradılması, yeni beynəlxalq valyutanın formalaşdırılması və ortaq bankçılığın inkişafı kimi məsələlər müzakirə edildi. Hətta həmin tədbirdə Rusiya və Çin qlobal proseslərdə strateji qüvvələr balansının formalaşdırılması zərurətindən də bəhs edib, bunun təminatçısı kimi Çin və Rusiyanın çıxış etdiyini vurğuladılar.

Görünür, bu kimi özəlliklərə görə, 10-cu sammit ərəfəsi ABŞ Prezidenti Donald Tramp iştirakçılara müraciət edərək, "dünyanın geosiyasi, iqtisadi və maliyyə tarazlığını" pozmamağa çağırdı. Amerikanın belə reaksiya verməsini ekspertlər ciddi hadisə adlandırırlar. Çünki BRİCS-ə daxil olan ölkələrin imkanları yüksək səviyyədədir. Belə ki, dünya ərazisinin 29 faizi onlardadır. Əhalisi isə dünya əhalisinin 42 faizini təşkil edir. 2016-cı ildə BRİCS-ə üzv olan ölkələr dünyada iqtisadi inkişafın 50 faizdən çoxunu təşkil ediblər. Onların ÜDM-i də dünya ÜDM-nin 23 faizi qədər olub. Dünya ticarətinin 16 faizi və sərmayələrin 12 faizi BRİCS-ə aiddir.

Bunlara son illər təşkilata üzv olan dövlətlərin xarici siyasətdə, hərbi sahədə və maliyyədə ortaq hərəkət etmək barədə razılığa gəlməsini də əlavə etmək gərəkdir. Bu, müəyyən siyasi iradənin formalaşdığından xəbər verir. Doğrudur, Vaşinqtonun təzyiqi ilə Braziliya bir qədər kənara çəkilməyə meyil etdi, lakin bu da davamlı olmadı. İndi BRİCS dünya miqyasında əsas geosiyasi güc olmaq iddiasındadır.

Maraqlıdır ki, bu təşkilatın cəlbediciliyi də artır. Türkiyə ona maraq göstərir. Yohannesburq sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib, Çin, Rusiya, Braziliya və Hindistan rəhbərləri ilə müzakirələr aparıb.

Ekspertlər 10-cu sammitin yekun bəyannaməsində vurğulanan əsas məqamlara diqqət yetirirlər. Sənəddə iştirakçılar bərabərlik və demokratiya prinsiplərinə sədaqətliliyi qeyd edib, beynəlxalq münaqişələri sülh yolu ilə həll etməyə çağırıblar (bax: Лидеры стран БРИКС приняли декларацию по итогам десяти лет работы / РИА Новости, 26 iyul 2018). Siyasət və ticarət: beş liderin təşəbbüsləri

Suriya və Yaxın Şərq məsələsi bəyannamədə ciddi yer alıb. Sənəddə Suriyadakı terror təşkilatlarına qarşı mübarizədə birliyin əhəmiyyəti qeyd edilir. Lakin bu, BMT-nin müvafiq qətnamələrinə uyğun aparılmalıdır. İştirakçılar kimyəvi silahın kim tərəfindən istifadə edilməsindən asılı olmayaraq, onu ciddi qınayırlar. Bütün münaqişələrin müstəqil, hərtərəfli, obyektiv və şəffaf təhqiq edilməsinin əhəmiyyəti vurğulanıb.

Sənəddə digər məsələ kimi Şimali Koreya göstərilib. Şimal-Şərqi Asiyada nüvə silahının məhv edilməsinin aktuallığı vurğulanıb. Bu zaman situasiyanın sülh, diplomatiya və siyasi yolla həllinin vacibliyi ayrıca qeyd edilib. Görünür, BRİCS Koreya yarımadasındakı vəziyyətə başlıca olaraq Çin və Hindistanın maraqları müstəvisində yanaşır. Həmin ölkələr ABŞ-ın bu və ya digər regionda hegemonluğunu istəmirlər. Təbii ki, Koreya yarımadası daha geniş miqyasda Asiya-Sakit okean hövzəsi regionunda ABŞ-Çin qarşıdurması kontekstində maraq doğurur. BRİCS bu problemə laqeyd qalmadığını nümayiş etdirir.

Ekspertlər üçün təşkilatın dünya iqtisadiyyatı və ticarəti ilə əlaqəli qərarları maraqlı idi. Çünki son zamanlar dünyanı qlobal ticarət müharibəsi narahat edir. Vaşinqton demək olar ki, bütün geosiyasi güc mərkəzlərinə qarşı müharibə elan edib. Onların sırasında BRİCS-ə daxil olan Rusiya, Hindistan və Çin də var. Bundan başqa, Amerika Avropa ölkələrinə qarşı da sərt mövqe nümayiş etdirirdi. Lakin Amerikanın şərtlərini Brüsselin qəbul etdiyi haqqında informasiyalar yayılıb. Öz növbəsində Vaşinqton da Avropa ölkələrindən olan avtomobillərə, polad və alüminiuma olan əlavə vergini ləğv etməlidir. Bu halda ticarət müharibəsində ABŞ-ın əsas rəqibləri məhz BRİCS üzvləri olur.

Təşkilatın yekun bəyannaməsində dünya ticarətindəki çətinliklər vurğulanır və Ümümdünya Ticarət Təşkilatı üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırılır. BRİCS-ə üzv ölkələr hərtərəfli ticarət sisteminin qanun bazasının inkişafında iştirak etmək haqqında razılığa gəliblər. Həmçinin vurğulanır ki, dünya iqtisadiyyatının davamlı inkişafı üçün fəaliyyətin koordinasiya edilməsinə çağırış mövcuddur. Burada o da qeyd edilir ki, bu gün dünya iqtisadiyyatının dağılma riski vardır.

Bunlarla yanaşı, BRİCS üzvləri iqtisadiyyata təhlükə yaradan bir sıra problemləri də müəyyənləşdiriblər. Onların sırasında ticarət münaqişələrinin güclənməsi, geosiyasi risklərin yeni səviyyəyə yüksəlməsi, xammalın qiymətinin geniş miqyasda dəyişməsi, yüksək dövlət borclarının mövcudluğu və qeyri-bərabərlik ayrıca vurğulanır.

Bütün bunların öhdəsindən gəlmək üçün BRİCS ölkələri siyasi dialoqa və bütün istiqamətlərdə koordinasiyaya çağırırlar. Bəyannamədə bunlarla yanaşı yeni silahlanma yarışının başlamasından və kosmosun hərbi ixtilaf obyektinə çevrilməsindən narahatlıq ifadə olunub. BRİCS ölkələri əminliklərini ifadə ediblər ki, kosmosda silahsızlaşdırma bütövlükdə dünyada sülhün qorunması və təhlükəsizliyin təmin edilməsi baxımından çox faydalı ola bilər. Nəhayət, yekun bəyannamədə korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizənin aktuallığı xüsusi vurğulanıb. Üzv ölkələr dünya dövlətlərini korrupsiyada ittiham olunan insanlara sığınacaq verməməyə dəvət edib, ədalət mühakiməsindən qaçanların ekstradisiyasını tələb ediblər.

Bütün bunlar onu göstərir ki, BRİCS mövcud iqtisadi, geosiyasi və hərbi vəziyyətdə yeni səviyyədə özünü təsdiq etməyə start verib. O, bir tərəfdən öz üzvlərini daha sıx birləşdirməyə çalışır, digər tərəfdən isə dünya miqyasında ABŞ-a qarşı mübarizəni şiddətləndirməyə cəhd edir. BRİCS tam mənası ilə dünya siyasəti, iqtisadiyyatı, ticarəti və hərbisinə ciddi təsir edə bilən təşkilata çevrilmək xəttini seçib.

BRİCS bu məqsədlərinə çatmaq üçün əlavə üzvlər qəbul edə bilərmi? Bu variant istisna deyil. Hər bir halda, Türkiyə Prezidenti R.T.Ərdoğanın Yohannesburqa səfəri və orada aktiv müzakirələr aparması təsirsiz ötüşməyəcək. Görünür, dünya miqyasında geosiyasi mübarizə daha da şiddətlənməyə meyillidir. ABŞ-ın özü də bu əhval-ruhiyyədədir. Vaşinqton kimsəyə güzəşt etməməkdə israrlıdır. Bu halda, qlobal proseslərin taleyi məsələsi aktuallaşır. Böyük güclər dəyişmək istəmir, yenə də rəqabətə, yarışa və öz maraqlarını təmin etməyə üstünlük verirlər. Ona görə də, köhnə ziddiyyətlər dəyişmir, üzərinə yeniləri gəlir. Newtimes.az




Baxış sayı: 1 561
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30