FACT-INFO.AZ » SİYASƏT » XİN: ATƏT ölkələrini Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasını tələb etməyə çağırırıq
1-08-2018, 14:50 | SİYASƏT
XİN: ATƏT ölkələrini Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasını tələb etməyə çağırırıq

H. Hacıyev bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində 1 avqust 1975-ci ildə Helsinki Yekun Aktı qəbul edilib. Helsinki Yekun Aktı xüsusilə dövlətlərarası münasibətləri tənzimləyən, Avropada sülh və təhlükəsizliyin qorunmasına xidmət edən 10 fundamental prinsipi (Decalogue) müəyyən edib. 1992-ci ilin yanvarında Azərbaycan Respublikası ATƏM-in üzvü olub və Azərbaycan Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü öhdəliklərinə tam sadiqdir.

Təsisatlanma prosesinin tərkib hissəsi olaraq ATƏM 1994-cü il dövlət və hökumət başçılarının Budapeşt Sammitinin qərarı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlandırılıb. "Helsinki Yekun Aktı güc yolu ilə ərazi əldə edilməsini qadağan edib. Sənədə görə gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır. Bu məqsədlə Helskin Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib. Nəticə etibarilə, bunlar Helsinki Yekun Aktında ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl prinsiplər kimi müəyyən olunub. Helsinki Yekun Aktının 8-ci bəndi isə öz müqqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib.

ATƏT üzv dövləti olaraq Ermənistan Respublikası Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf regionlarını işğal edib. İşğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədib. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycana qarşı gücdən istifadə etmək və gücdən istifadə etməklə hədələmək siyasətinin davamıdır. Ermənistan Azərbaycana qarşı qeyri-qanuni əməllərini, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiq etmə və ya güclə hədələmə, işğal olunmuş ərazilərin ilhaqı cəhdləri və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətlərini ört-basdır etmək məqsədilə Helsinki Yekun Aktında təsbit olunan xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etmə prinsiplərini hər vəchlə təhrif edir. Helsinki Prinsiplərinin və ATƏT-in digər öhdəliklərinin Ermənistan tərəfindən pozulması, bu prinsiplərin tətbiqində seçimli yanaşma və ikili standartlara yol verilməsi Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinin uzanmasına və nəticə etibarilə, gərginlik riskinin saxlanmasına səbəb olur.

1995-ci ilə aid müvafiq ATƏT sənədində qeyd olunduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatının əsasını da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə bərabər Helsinki Yekun Aktı təşkil edir. Helsinki Yekun Aktının 43-cü ildönümü münasibətilə bütün ATƏT üzv dövlətlərini Ermənistandan Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü öhdəliklərinə əməl etməsi, Azərbaycana qarşı gücdən istifadəyə son qoyması və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını qəti və birmənalı şəkildə tələb etməyə israrla çağırırıq.

Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə uyğun olaraq, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək", - deyə o qeyd edib.




Baxış sayı: 1 591
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031