FACT-INFO.AZ » SİYASƏT » Arye Qut: Ermənistan Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması üçün “demokratiya” adı altında gizlənir
31-07-2018, 09:10 | SİYASƏT
Arye Qut: Ermənistan Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması üçün “demokratiya” adı altında gizlənir

Trend-in məlumatına görə, bu barədə beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, İsrailin "Cəmiyyətlər üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutun "The Jerusalem Post" nəşrində dərc edilən məqaləsində deyilir. Müəllif qeyd edib ki, rüşvətxor və cinayətkar Serj Sarkisyan rejiminin devrilməsindən sonra elə ehtimal olunurdu ki, Ermənistan-Azərbaycan danışıqlarında irəliləyiş əldə olunacaq və tərəflər sülh barədə razılığa gələcək. Amma bu, belə olmadı:

“İşğal olunmuş Xankəndində olarkən Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağda yaradılmış qanunsuz rejim münaqişənin həllində birbaşa iştirak etməlidir, çünki Yerevan ancaq Ermənistanın adından danışa bilər. Paşinyan bununla bildirib ki, o, münaqişənin dinc yolla həlli üzrə danışıqları davam etdirməyəcək. Paşinyan öz “demokratik obrazı”na güvənir və bundan Qərbə təzyiq üçün istifadə etməyi nəzərdə tutur”. Politoloq vurğulayıb ki, rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, heç vaxt mövcud status-kvo ilə razı olmayacaq: “Ermənistanın siyasi və hərbi rəhbərliyinin və Dağlıq Qarabağdakı marionet separatçı rejimin nümayəndələrinin sərsəm bəyanatları göstərir ki, onlar narahatdırlar, qorxu və təşviş içindədirlər. Azərbaycan ordusu isə cəbhə xəttində hadisələrin istənilən inkişafına hazırdır”. Məqalədə deyilir ki, Nikol Paşinyanın son bəyanatları və onun siyasi davranışı erməni separatçılarının blefidir, çünki onların məqsədi Azərbaycana qarşı təcavüz və işğala bəraət qazandırmaqdır:

“Aydındır ki, Ermənistanın indiki rəhbərliyi özünü “demokratiya” tərəfdarı kimi tanıtmaq istəyir və status-kvonun qorunması və daha da pisi, Dağlıq Qarabağda marionet separatçı rejimin tanınmasına nail olmaq üçün “demokratiya” adı altında gizlənir. Amma o zaman belə bir sual yaranır? “Demokratik dövlət işğalın tərəfdarı ola bilərmi?” Beynəlxalq hüquqa əsasən Bakı təkcə müdafiə olunmaq yox, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək hüququna malikdir”.




Baxış sayı: 1 567
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031