FACT-INFO.AZ » SİYASƏT » Baş nazir Novruz Məmmədov: Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri ən yüksək səviyyədədir
26-07-2018, 08:05 | SİYASƏT
Baş nazir Novruz Məmmədov: Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri ən yüksək səviyyədədir

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Baş nazir Novruz Məmmədov Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb. Baş nazir bildirib ki, dost və qardaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında çox möhkəm və sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığını vurğulayan Azərbaycanın Baş naziri bu yaxınlarda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etdiyini diqqətə çatdırıb. Türkiyə dövlətinin başçısının prezident seçkilərindən sonra ilk rəsmi səfərini Azərbaycana etməsinin ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin göstəricisi olduğunu deyən Baş nazir bunun xalqlarımız arasında formalaşan çox gözəl ənənə olduğunu diqqətə çatdırıb. Dövlətlərimizin başçıları hər seçkidən sonra ilk səfərlərini qarşılıqlı olaraq dost ölkələrə etməklə bu ənənəni bütün dünyaya nümayiş etdirirlər. “Qardaş Türkiyədə seçkilərdən sonra inkişafın yeni mərhələsi başlayır. Türkiyə hər zaman qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyib və bundan sonra da irəliləyəcək. Qardaş Türkiyənin uğurları bizim uğurlarımızdır. Bu nailiyyətlər bizi sevindirir”,- deyə Novruz Məmmədov qeyd edib.

Baş nazir Azərbaycanın və Türkiyənin birgə təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrdən danışaraq bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi layihələrin reallaşması ölkələrimiz arasındakı sarsılmaz qardaşlıq münasibətlərini təcəssüm etdirir. Bu layihələr təkcə bizim ölkələrin deyil, region xalqlarının rifahının artmasına, beynəlxalq əməkdaşlığın güclənməsinə töhfələr verir.

Ölkələrimizin bütün beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etdiyini bildirən Baş nazir Novruz Məmmədov qeyd edib ki, Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində də daim Azərbaycanın yanındadır və ölkəmizə böyük dəstək göstərir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Yeni təyinatdan sonra ilk xarici səfərini Azərbaycana həyata keçirən Mövlud Çavuşoğlu ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayaraq deyib ki, xalqlarımızın və dövlətlərimizin başçılarının sıx dostluq və qardaşlıq əlaqələri münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynayır. Türkiyə və Azərbaycan prezidentlərinin bu münasibətlərinin bariz nümunəsinin bu yaxınlarda Brüsseldə keçirilən NATO Zirvə görüşündə bir daha şahidi olduq. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Baxış sayı: 1 709
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031