FACT-INFO.AZ » SİYASƏT » "Ermənistan tarixi ədaləti pozub"
18-11-2015, 09:10 | SİYASƏT
"Ermənistan tarixi ədaləti pozub"

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Parisdə UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı zamanı deyib. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın ən böyük siyasi və diplomatik uğuru 2011-ci ildə ölkənin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub: “Bu beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın rolunun, bizim qlobal arenada müsbət fəaliyyətimizin  qəbul olunması idi. Beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi 2 illik sədrliyimiz dövründə 2 vacib məsələyə diqqət yetirmişik: beynəlxalq terrora qarşı mübarizə və mədəniyyətlərarası dialoq”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində erməni işğalının  qurbanı olub: “Azərbaycan torpaqlarının işğalı bu gün da davam edir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi olaraq 1 milyondan çox sakin qaçqın və məcburi köçkünə çevrilib. 250 min azərbaycanlı Ermənistandan deportasiya olunub, 750 min azərbaycanlı öz ölkəsində məcburi köçkünə çevrilib.  Biz humanitar fəlakətdən  əziyyət çəkmişik. Buna görə də iqtisadi cəhətdən zəif, yoxsul idik. Bu gün Avropanın qarşılaşdığı miqrasiya böhranı ilə bağlı  xəbərlərə baxanda biz anlayırıq ki, bu insanlar evlərini tərk etmək məcburiyyətində qalıblar. Eyni zamanda Avropada yaşayan insanların üzləşdiyi çətinlikləri də anlayırıq. Amma eyni zamanda 1991-ci, 1992-ci illəri xatırlayırıq. Həmin  vaxt Azərbaycan 1 milyon insanı yerləşdirməli olmuşdu. Bu dünyada ən böyük qaçqın və məcburi köçkün axınlarından biri idi. Biz onların cəmiyyətə inteqrasiyası istiqamətində çalışmışıq”.

Prezident İlham Əliyev Ermənistanın təkcə beynəlxalq hüququn norma və prinsiplərini deyil, həm də tarixi ədaləti pozduğunu qeyd edib: “BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bu qətnamələr Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, 20 il keçib, amma bu qətnamələr yerinə yetirilməyib. Burada biz beynəlxalq arenada qlobal təhlükəsizliyin çox vacib bir məsələsi ilə üzləşirik. Beynəlxalq ictimaiyyətin qəbul etdiyi  qərar və qətnamələr rədd edilir və buna görə cəza verilmir. Ermənistan BMT TŞ-nin qətnamələrini rədd etməkdə davam edir və bunun bir nəticəsi yoxdur. Bu məsələlər ciddi nəzərə alınmalıdır. Biz ikili standartlarla üzləşməmək üçün  BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsinin mexanizmini hazırlamalıyıq,  çünki bəzən BMT TŞ-nin qətnamələri bir neçə gündə, saatda yerinə yetirilir. Amma bizim məsələmizdə 20 ildən çox vaxt keçib. Danışıqlar masasında irəliləyiş yoxdur. Çünki Ermənistan  sülh istəmir. Onlar bizimlə sülh şəraitində yaşamaq istəmir. Onlar bacardıqları qədər işğal siyasətini davam etdirmək niyyətindədirlər. Təəssüf ki, indiyə kimi onlar buna müvəffəq olublar. Amma zaman bizim xeyirimizədir. Zaman beynəlxalq ədalətin, beynəlxalq hüququn xeyirinədir. Mən əminəm ki, Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycanın ərazi bütövlüyü dünyanın istənilən ölkəsinin ərazi bütövlüyü kimi qiymətlidir”.

 

Dövlət başçısı Azərbaycan torpaqlarının işğalı nəticəsində tarixi, dini, mədəni abidələrin dağıdıldığını vurğulayıb: “Siz Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə dağıdılmış beş yüzdən çox tarixi və memarlıq abidələrinin şəkilləri ilə internet vasitəsi ilə tanış ola bilərsiniz. Azərbaycan mədəniyyətinə aid nümunələrin saxlandığı 22 muzey dağıdılıb. Siz Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən qorunan erməni kilsəsini də görə bilərsiniz. Bu multikulturalizmə, dini tolerantlığa yanaşmadakı fərqlilikdir.
 Bu onu göstərir ki terrorun, dini milliyyəti yoxdur. Buna görə də islamı terrorizmlə bağlamaq qəbuledilməzdir. Biz öz torpaqlarımıza qayıdacağıq. Şəhərlərimizi bərpa edəcəyik, məktəb və xəstəxanalar  tikəcəyik. Amma abidələrimizi bərpa edə bilməyəcəyik. Ermənilər bizim tarixi irsimizi dağıdıb, amma bizim iradəmizi qıra bilməyəcək. Öz evlərinə qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin iradəsini qıra bilməyəcək”.




Baxış sayı: 1 901
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031