Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vagif Dərgahlı APA-ya açıqlamasında bildirib ki, bu üsulla Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi "Google Earth" vasitəsilə planetin hər hansı bir nöqtəsinin görüntüsünü çəkərək, onu erməni ictimaiyyətinə təqdim edə bilər:
"Eyni yolla da, erməni ordusunun göstərilən ərazini öz nəzarəti altında saxladığını da fotonun aşağısında yazmaq mümkündür. Bu gün hətta məktəbli də həmin üsulla internet proqramından istifadə edərək istənilən ərazinin surətini çıxarıb onu sosial şəbəkələrdə paylaşa bilər. Zarafatı bir kənara qoysaq, afərin Arsruna ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentirləri dəqiq göstərib". Xatıqrladaq ki, Arsrun Hovannisyan bugünlərdə öz "Facebook" səhifəsində paylaşdığı fotoları erməni mövqelərindən özünün çəkdiyini, həmçinin görüntülərin guya Ordubad şəhərinə və ətraf kəndlərə aid olduğunu iddia edib.
Baxış sayı: 1 483
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

