”Ermənistan KİV-in Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hər hansısa bir sənədinin BMT-nin saytında yerləşdirilməsi barədə xəbəri yalan və dezinformasiyadan başqa bir şey deyil”. Bu barədə APA-ya açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu kimi ucuz vasitələrlə Ermənistanın yeni hakimiyyəti ilk növbədə daxili ictimaiyyəti aldatmağa çalışır:
"Bu kimi yalanlar ifşa olunduqca Ermənistanın dövlət media resursları xəbərin başlığını redaktə edərək yeni formada verməyə çalışırlar. Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi üzv dövlət olaraq məktubla müraciət edir və bu məktubun əlavəsi kimi qondarma rejimə aid hər hansısa bir kağız parçasını əlavə edir.
Ermənistanın bu hərəkəti BMT üzv dövlətlərinə, BMT nizamnaməsinə hörmətsizlikdir. Təyinatına gəldikdə isə bu kimi kağız parçaları BMT-də ətraf mühiti qorumaq üçün makulatura məqsədilə istifadə olunur.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin katibliyi və BMT üzv dövlətlərini Ermənistanın bu kimi qeyri-ciddi fəaliyyəti barədə məlumatlandırıb".
Baxış sayı: 1 503
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

