Bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldəki görüşlərində səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Hikmət Hacıyev deyib ki, real operativ vəziyyət və mövcud faktlar bunun tamamilə əksini sübut edir. Bu yolla Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Amma beynəlxalq ictimaiyyət real vəziyyət barədə dolğun və düzgün məlumata malikdir. Ermənistanın baş nazirinin bu kimi fəaliyyəti yalnız daxili istehlaka yönəlib və qeyri-legitim hakimiyyətini qorumaq məqsədi daşıyır. Eyforiya dövrü artıq başa çatmaqdadır. Paşinyan Ermənistanla heç bir əlaqəsi olmayan demokratiya və insan hüquqlarından danışaraq özünün demokratiya deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsinə bəraət qazandırmağa çalışır. Ermənistanın rəhbərliyinə artıq ayılmağı və reallığı anlamağı tövsiyə edərdik. Reallıq odur ki, Ermənistanın üzləşdiyi problemlərin kökündə qonşulara münasibətdə yürütdüyü sui-qəsd xarakterli siyasət durur. Bu siyasət Ermənistanın müstəqilliyi və suverenliyini viran edir və Ermənistanı yoxsulluq və qeyri-sabitlik uçurumuna aparır.
Baxış sayı: 1 598
Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media
Azerbaijan’s Defense Minister meets with military attachés
15th International Music Festival kicks off in Gabala
Chinese Ambassador: WAICO to advance the safe and equitable development of AI
Chinese ambassador: China’s army ready to further deepen cooperation with Azerbaijan’s Armed Forces

