FACT-INFO.AZ » SİYASƏT » Əli Əhmədov: Sabitliyi pozmağa çalışanlar Azərbaycan xalqını hədəf seçiblər
12-07-2018, 08:20 | SİYASƏT
Əli Əhmədov: Sabitliyi pozmağa çalışanlar Azərbaycan xalqını hədəf seçiblər

Gəncədə baş verən xoşagəlməz hadisələrdən istifadə edərək şəhərdə sabitliyi pozmağa çalışanların hədəfində bütün Azərbaycan xalqıdır. Azərbaycandakı sabitlik və əmin-amanlıq hər kəsin təhlükəsizliyi üçün əsas amildir. Hər birimiz bununla fəxr edirik. Ən başlıcası isə insanlar rahatdır, sakit yaşaya bilirlər. Lakin görünən budur ki, xalqımızın bu sakit həyatını gözü götürməyənlər baş qaldırmağa cəhd göstərirlər. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. “Gəncə sakinləri müdrik insanlardır, onlar heç kimə şəhərin sakit həyatını pozmağa imkan verməzlər”, - deyə Ə.Əhmədov bildirib: “Çünki yaxşı bilirlər ki, bu gün yalançı “vətənpərvərlər”, “din əzabkeşləri” adı altında sabitliyi pozmağa çalışanlar və çağırış edənlər tamam başqa yerdən idarə olunur və ayrı məqsədlərə xidmət göstərirlər. Tökülən qan isə xalqın qanıdır. Şəhid olan iki polis zabiti xalqın övladlarıdır, kiminsə övladı, kimlərinsə atası, qardaşı, həyat yoldaşıdır. Onların qanını tökən vətənpərvərlər, din əzabkeşi ola bilərmi? İnanıram ki, gəncəlilər müdrikliyini bir daha nümayiş etdirəcək, ara qarışdıranlara, qanunu pozanlara, sakit həyatımıza haram qatmaq istəyənlərə özləri layiqli cavab verəcəklər. Gəlin, hamımız ətrafımıza baxaq, dünyada baş verənləri, faciələri, tökülən göz yaşlarını yada salaq. Ölkəmizdəki sabitliyin qədrini bilək, ona xəyanət edənlərin qarşısını kəsək. Sonra gec olar”. YAP sədrinin müavini-icra katibi qeyd edib ki, Azərbaycanda sabitlik və əmin-amanlıq möhkəm dayaqlar üzərində qərar tutub. Onu pozmağa heç kim cürət edə bilməz. Bir neçə araqarışdırandan savayı hamı qanuna hörmət edir, sabitliyi qoruyur, dövlətin və dövlətçiliyin ətrafındadır.




Baxış sayı: 1 600
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031