FACT-INFO.AZ » SİYASƏT » Əli Həsənov Gəncədə baş verən hadisələrə münasibət bildirib
11-07-2018, 12:45 | SİYASƏT
Əli Həsənov Gəncədə baş verən hadisələrə münasibət bildirib

“Iyul ayının 3-ü axşam Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə bağlı BBC əməkdaşının sualına cavab verərkən, mən ilkin məlumatlardan çıxış edərək söyləmişdim ki, ”bu icra başçısına qarşı törədilmiş kriminal hadisədir, silahlı basqın olub, başçı və mühafizəçisi xəsarət alıb, hadisəni törədən şəxs yaxalanıb, hüquq mühafizə orqanları lazımi tədbirləri görürlər”. Belə ağır cinayət hadisələri zamanı müvafiq orqanların rəyi olmadan daha təfsilatlı şərhlə çıxış etməyi düzgün hesab etmədim. Bir dövlət məmuru kimi mənim həmin açıqlamam, əlbəttə ki, dövlətin hadisəni nəzarətə götürdüyü haqqında cəmiyyəti məlumatlandırmaq istəyilə əlaqəli olmuşdu.

İyulun 6-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə məlumatda baş vermiş cinayətin terror xarakteri, cinayəti törədən Yunis Səfərovun xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi bildirildi. Həm yerli, həm xarici mediada dərc olunmuş materiallarda, sui-qəsdçinin həyat yoldaşının bir neçə dəfə yayımlanmış video müraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi “sosial zülmə” qarşı etiraz olaraq deyil, məhz Suriyada uğrunda döyüşdüyü “ideallar” naminə – şəriət dövləti bərqərar etmək üçün törətdiyi bəlli oldu.

Yunis Səfərov maddi təminatı yüksək olan bir ailənin üzvüdür, xarici vətəndaşdır və təbii ki, Azərbaycanın hansısa bölgəsində sosial ədalət naminə “solçu inqilabı” haqqında düşünməyib də. Açıqlamalardan göründüyü kimi, o, bu əmələ uzun illər hazırlaşıb, öz niyyətini həyata keçirmək üçün müvafiq məqam və tapşırıq gözləyib. Görünür, Mingəçevir şəhərində baş vermiş qəza ilə əlaqədar yaranmış gərginlik bunun üçün əlverişli məqam hesab edilib. Sözügedən dairələrə yaxın xarici media və Facebook səhifələrinin hələ 2017-ci ilin əvvəllərində Gəncə İH başçısı haqqında islamofob və anti-şiə imici yaratmaq cəhdləri Azərbaycan KİV-lərində müzakirə olunmuşdu. Bu ilin əvvəllərindən isə müəyyən reket nəşrlərdə Elmar Vəliyevin kobud rəftarı haqqında dərc edilən materialların sayında kəskin artım müşahidə edilmişdi. Görünür, ölkə əhalisinin dini mövzulara o qədər də həssas olmaması səbəbindən onun barəsində “sosial zülmün səbəbkarı” imici formalaşdırmağa ehtiyac varmış.

Hadisə baş verdikdən dərhal sonra radikal dini səhifələr və saytlar, Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı KİV-lər Yunis Səfərovu yeni “gəncəbasar qisasçısı”, “qəhrəman” elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova kimi anti-milli ünsürlərdən kömək gəldi. Rusiyada “talış separatçısı kimi ad-san qazanmış” İsmayıl Şabanovun, Hollandiyada eyni statusla yaşayan Ələkrəm Hümbətovun çevrəsi cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər. 2016-cı ilin aprel döyüşləri zamanı erməni hərbi mundiri ilə ekranlardan Azərbaycanı, Azərbaycan əsgərini aşağılayan bir xain ona şeir də həsr etdi.

Təsadüfi deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici dini saytlar da bu günlərdə xüsusi canfəşanlıq göstərdilər. Kimə məxsusluğu bəlli olmayan Ru-clip.ru saytının Youtub kanalı isə “Səda HD” kimi təqdim olunan şirkətin hazırladığı və üsyana səsləyən 5 klip – çağırış yayımladı.

Beləliklə, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici anti-Azərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, poilis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil.

Belə həssas vəziyyət cəmiyyətimizin, bütün vətəndaşlarımızın milli dövlətçilik ətrafında daha sıx birliyini tələb edir. Xüsusən ictimai rəyə təsir imkanı olan insanlar – millət vəkilləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, siyasi fəallar, media və QHT təmsilçiləri daha həssas davranmalı, iqtidara və ya onun ayrı-ayrı nümayəndələrinə bəslədikləri fərdi münasibətlərlə dövlət və Vətən mənafelərini bir-birindən fərqləndirməlidirlər. XIX əsr Rusiyasında Vera Zasuliç adlı qadın ilk terror aktını həyata keçirəndə rus ziyalılarının müəyyən kəsimi onu qəhrəman kimi təqdim etməyə çalışmışdı və buna qismən nail də olmuşdular. Həmin terrorun mifləşdirilməsi ilə başlayan hadisələr sonrakı dövrdə Rusiyada üç inqilaba, milyonlarla insanın vətəndaş savaşında həlak olmasınadək inkişaf etmişdir.

İdeoloji təxribat deyəndə bir məqamı da yada salmaq yerinə düşərdi. Yaxın tariximizdə Azərbaycan əsilli xarici vətəndaşın törətdiyi ilk terror aktın Azərbaycan Dövlət Neft Akademiyası hadisəsidir. Amma həmin terror öz hədəfinə çatmamış, terror aktı, onu törədən şəxs və arxasındakı qüvvələr cəmiyyət tərəfindən birmənalı olaraq lənətlənmişdilər. Bu dəfə də terror Azərbaycan əsilli xarici vətəndaş tərəfindən törədilib. Amma qeyd etdiyim kimi, ona ictimai bəraət qazandırmaq üçün uzun müddətli iş aparılıb.

Bəzi sosial səhifələrdə “qalxın, digər şəhərlərdə də bunu təkrar edin” çağırışları terrorun yeni dalğasına çağırış kimin qiymətləndirilə bilər. Çünki bu, aksiyalarda Azərbaycan vətəndaşlarının kütləvi iştirakını təmin etmək məqsədi güdülür. 1970-ci illərin ikinci yarısında Türkiyədə solçular və sağçılar öz aralarındakı gərginliyi və dövlətlə anlaşılmazlıqları silah, “devrim”(əslində terror) gücünə həll etməyə başlayanda Süleyman Dəmirəlin dediyi məşhur bir ifadə yadıma düşdü: “Cümhuriyyət polisinə güllə atan əllər kəsilməlidir”. Əlbəttə ki, bununla müasir Türkiyədə heç də Osmanlı dövlətinin tarixinə aid olan sərt cəzanın birbaşa tətbiqi nəzərdə tutulmurdu, dövlətin məmurunu terror edənlərin sərt şəkildə cəzalandırlmasınin vacibliyinə diqqət çəkilirdi.

Əminliklə deyə bilərəm ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər qanunun sərt üzünü görəcəklər və ən ciddi şəkildə cəzalandırılacaqlar. Bununla yanaşı, təsadüfən, hadisə ictimai maraq kəsb etdiyinə görə, öz iradələrinin əleyhinə olaraq bu əməlin iştirakçısına çevrilmiş hər kəsi bu yanlış addımlardan çəkinməyə dəvət edirəm. Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır və bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir. Buna görə də Azərbaycan dövlətinin terror və terror çağırışlarına qarşı atacağı sərt addımların ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən düzgün anlaşılmalı, geniş kütlələrə düzgün mesajlar verilməlidir. Hər hansı səbəb və ya bəhanə ilə terrora bəraət qazandırmaq cəhdləri yolverilməzdir, sosial səhifələrin aktiv iştirakçıları və KİV nümayəndələri yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin tələblərini və dövlət maraqlarını unutmamalı, hadisələrə daha peşəkar və obyektiv yanaşmalıdırlar”.




Baxış sayı: 1 902
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031