Məlumata görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. Dövlət başçısı deyib ki, Ermənistan BMT qətnamələrinə əməl etməlidir, Azərbaycan əraziləri işğaldan azad edilməlidir: “Türkiyənin mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Azərbaycan da daim Türkiyəni dəstəkləyir”.
İ. Əliyev qeyd edib ki, Türkiyə ordusu dünyada ən güclü ordulardan biridir. Dövlət başçısı bildirib ki, Azərbaycan Türkiyədən yeni, müasir silahlar alır və bu silahların bir hissəsi bu günlərdə Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib: “Bu il Türkiyə ilə Azərbaycan arasında hərbçilərin iştirakı ilə 7 birgə təlim keçirilməlidir. Bu təlimlərdən 3-ü keçirilib, dördü də keçiriləcək”. (apa)
Baxış sayı: 1 532
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted

