Azərbaycan ən müasir silahlar alır və bundan sonra da alacaq. Azərbaycan Ordusunun silahlanmasında yer alan “Polonez” uzaq mənzilli yaylım atəşli reaktiv sistemləri, LORA (LOng Range Attack) operativ-taktiki raket kompleksi, T-90 tankı və s. ən yeni silah və hərbi texnikalardır. AZƏRTAC xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 20-də keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib: “Ermənistanın xüsusi xidmət orqanları Silahlı Qüvvələrimizə qarşı inamsızlıq hissi yaratmaq istəyərək iddia edirlər ki, guya ordumuzun istismarında olan silahlar köhnədir. Təbii ki, savadlı insanlar buna reaksiya vermirlər. Qoy, birinin adını çəksinlər, hansı silahımız köhnədir?! Azərbaycana BMP-3 piyada döyüş maşını və ya BTR-82A zirehli transportyoru gəlirsə, bütün dünya bilir ki, bunlar ən yeni silahlardır. Ordumuzun formalaşma dövründə belə problemlər var idi. Həm dövlətin o qədər imkanı yox idi, həm də çox silahı satmırdılar. Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti nəticəsində hətta Ermənistanın müttəfiqləri belə bizə silah satır. İndi Belarusun üstünə düşüblər. Çalışırdılar, İsrail ilə bizim aramızı vursunlar, ancaq Ali Baş Komandanın siyasəti nəticəsində ermənilərin bu fəaliyyəti hədəfinə nail olmadı və biz bu ölkələrdən ən müasir silahlar alırıq. Bu silahları almaq üçün pul lazımdır. Ermənistanın isə pulu yoxdur, bu ölkə dilənir. Lakin Azərbaycan Ordusu öz gücünə ən müasir silahlar alır və bundan sonra da alacaq”.
Baxış sayı: 1 598
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

