Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, bu bir daha onu sübut edir ki, Ermənistan rəhbərliyinin sülhdən və ya əməkdaşlıqdan danışması riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaqdan cəhdindən başqa bir şey deyil.
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Yerevana səfəri günü Ermənistan rəhbərliyi bu kimi təxribatçı və destruktiv addımları, o cümlədən qondarma rejimin danışıqlarda iştirak etməsi barədə əsassız iddiaları ilə Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində tamamilə maraqlı olmadığını, status-kvonun saxlanması və hərbi təcavüz yolu ilə işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü açıq şəkildə nümayiş etdirir”, deyə H.Hacıyev vurğulayıb. XİN rəsmisi qeyd edib ki, Ermənistan rəhbərliyinin yürütməkdə davam etdiyi siyasət regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur: “Bir daha bəyan edirik ki, yaranmış mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”. (apa)
Baxış sayı: 1 599
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted

