FACT-INFO.AZ » SİYASƏT » İsrailli ekspert Arye Qut RTVI beynəlxalq kanalında erməni nümayəndəsini susdurub
5-06-2018, 09:35 | SİYASƏT
İsrailli ekspert Arye Qut RTVI beynəlxalq kanalında erməni nümayəndəsini susdurub

Yaxın Şərq regionunda vəziyyət hər gün daha da gərginləşir və hər an partlayacaq barıt çəlləyini xatırladır. Vəziyyət yetərincə mürəkkəbdir və proqnozlaşdırılması müşküldür. Bütün bunlar siyasətçilərdən və analitiklərdən bütün region dövlətlərinin, o cümlədən İsrail nümayəndələrinin bütün bəyanatlarına, bütün suallarına və onların hər bir addımına dərindən düşünülmüş və ölçülüb-biçilmiş yanaşma tələb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı Arye Qut iyunun 3-də RTVI beynəlxalq televiziya kanalının populyar “İsrail həftə ərzində” analitik verilişinin efirində bildirib. Verilişdə erməni lobbiçilərinin qondarma “erməni soyqırımı”nın tanınması barədə məsələni İsrail Dövləti Knessetində qaldırmaq cəhdləri müzakirə olunub. Qeyd edək ki, Arye Qut ilə bərabər, İsraildəki Erməni Evinin nümayəndəsi Vlad Melikyan da verilişdə iştirak edib. https://www.youtube.com/watch?v=77LwJo4eb8A&feature=youtu.be A.Qutun fikrincə, İsrail Knesseti sırf tarixi və mübahisəli olan bu məsələni qurdalamamalıdır. “Bu məsələdə təzadlı və aydın olmayan məqamlar çoxdur, yalan məlumatlar və saxtalaşdırmalar çoxdur. Hər iki dövlətin arxivləri açması və alimləri masa arxasında otuzdurması lazımdır ki, onlar bu hadisələr barədə həqiqəti sənədlər və faktlar əsasında dünyaya göstərsinlər”, - deyə israilli ekspert fikrinə aydınlıq gətirib. A.Qut belə bir sual verib: “Mənə izah edin görüm, biz qondarma “erməni soyqırımı”nı nəyin naminə tanımalıyıq? Ermənistandan və ermənilərdən xoş sözlər eşitmək naminəmi? Onsuz da bu sözləri eşitməyəcəyik. Yaxud deyirlər ki, yəhudi xalqının erməni xalqı qarşısında mənəvi borcu var. Mən sizdən soruşuram, söhbət hansı mənəvi məsuliyyətdən gedir?! İki il əvvəl Ermənistanın sabiq prezidenti Serj Sarkisyan faşist və antisemit Qaregin Njdenin abidəsini rəsmi surətdə açıb. Dəhşətli Holokost cinayətlərində əli olan adamlar milli qəhrəmanlara çevriləndə, biz susmamalıyıq. Deyin görək, faşist və antisemit Qaregin Njdeyə Yerevanda abidə ucaldılmasına bizim münasibətimiz necə olmalıdır? Hansı ölkə bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilmiş faşist canini özünün qəhrəmanı adlandıra bilər? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir. Bu, babasının bütün ailə üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan kimi, şəxsən mənim üçün dözülməz ürək ağrısıdır”. A.Qutun sözlərinə görə, qondarma “erməni soyqırımı”nın tanınması barədə məsələ Azərbaycan üçün son dərəcə prinsipial və kəskin məsələdir. O deyib: “Danılmaz faktdır ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini – Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Ermənistanın işğalı nəticəsində ölkədə 1 milyondan çox qaçqın var. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və onun silahdaşları - Sergey Oyanyan, Levon Ter-Petrosyan və başqaları Azərbaycanın Xocalı şəhərində qanlı qırğın və soyqırımı aktı təşkil edərək törədiblər. 600-dən çox azərbaycanlı bir gecədə qətlə yetirilib”. Erməni diasporunun nümayəndəsi Vlad Melikyan bildirib ki, qondarma “erməni soyqırımı”nın tanınması İsraillə Ermənistan arasında münasibətlərin möhkəmlənməsinə gətirib çıxaracaq. A.Qut onun sözlərinə çox sərt reaksiya verərək deyib: “Siz hələ bizim qarşımızda şərt qoyursunuz? Deməli, əgər İsrail erməni soyqırımını tanısa, Ermənistan onunla əməkdaşlıq edəcək? Ermənistan İsrailə nə təklif edə bilər?! Bu gün Azərbaycanda 30 minlik yəhudi icması yaşayır. Azərbaycan Prezidentinin göstərişi ilə son dörd ildə iki yeni sinaqoq, Cənubi Qafqazda ən böyük təhsil mərkəzi inşa edilib. Yəhudi icmasına misli görünməmiş qardaşlıq münasibəti var. Belə münasibəti Ermənistanda görə bilməzsiniz və bu da faktdır. Antisemitizm məsələlərində ixtisaslaşan Antidiffamasiya Liqasının lap bu yaxınlardakı son məruzəsi təsdiq edir ki, Ermənistanda antisemitizmin səviyyəsi MDB məkanında və Şərqi Avropa ölkələrində ən yüksəkdir. Özü də Ermənistanda yəhudiləri barmaqla saymaq olar”.

A.Qut belə bir ritorik sualla müraciət edib: “Yüksək vəzifəli israilli siyasətçilər ölkələrimizin münasibətlərindəki bu çox müsbət trendi qırıb dağıtmağa və məhv etməyə hazırdırlar? Mən İsrail Prezidenti Reuven Rivlinlə, Knessetin sədri Yuli Edelşteynlə, İsrail hökumətinin bu mövzunu dəstəkləyən bəzi nazirləri ilə əsla razı deyiləm və soruşuram: “Biz bunu nə üçün və nəyin naminə etməliyik? İsraildəki erməni lobbisinin maraqları naminə, yoxsa Ermənistanın xoş münasibətini əldə etmək naminə? Onsuz da buna nail olmayacağıq. Bu gün biz bu soyqırımını tanımırıq, baxın görün Ermənistanda və Ermənistan mətbuatında necə şiddətli antiisrail, antisemit isteriya baş alıb gedir. Onlar bütün günahı bizdə görürlər. Yazırlar ki, yəhudilər siyasi yalanla məşğuldurlar, onların əzəli xudbinliyi yenə baş qaldırıb, “soyqırımı” anlayışını inhisara almağa çalışırlar. Mənə deyin görüm, yəhudi xalqına bu münasibəti necə adlandırmaq olar?”

A.Qutun sözlərini İsraildəki erməni diasporunun nümayəndəsi də təsdiq edib. A.Qut sözünə davam edərək deyib: “Mənim ailəm Holokostu yaşayıb. Biz ailəmizin 40 nümayəndəsini itirmişik. Mənim heç bir mənəvi haqqım yoxdur ki, faşist rejiminin 6 milyon yəhudini məhv etdiyi Holokostu 1915-ci ilin faciəli hadisələri ilə müqayisə edim. Orada çoxlu yalan məlumat və saxtalaşdırma var. Türklər sübut etməyə çalışırlar ki, Osmanlı İmperiyası ilə müharibədə Rusiyanı dəstəkləyən ermənilərin köçürülməsi nəticəsində 350 min erməni həlak olub, Ermənistan isə 1,5 milyon adamın həlak olmasından danışır.

Bu səbəbdən hesab edirəm ki, həmin məsələ ilə İsrail Knesseti deyil, tarixçilər məşğul olmalıdırlar. Rəsmi Ankara dəfələrlə bəyan edib: “Ermənistanda arxivləri açın, biz də Türkiyədə açarıq, beynəlxalq tarixçiləri dəvət edərik, onlar qərar qəbul edərlər, biz də onların hər bir qərarı ilə razılaşarıq. Mən İsrailin o siyasətçilərinə müraciət edirəm ki, onlar bu addımı atmaqla İsrail dövlətinin milli maraqları əleyhinə yönələn növbəti provokasiya törədə bilərlər. İsrailin o deputatlarına ki, bu gün onlar erməni lobbisinin maraqlarına rəvac verirlər və İsrail Dövlətinin milli və geosiyasi maraqlarını düşünmürlər”, - deyə Arye Qut RTVI beynəlxalq televiziya kanalının populyar “İsrail həftə ərzində” analitik verilişinin efirində fikrini yekunlaşdırıb.




Baxış sayı: 1 528
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031