FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır
27-05-2018, 07:25 | SİYASƏT
Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu bəyanatı ADA Universitetində keçirilən məzun günündə səsləndirib.

Dövlətimizin başçısı deyib: “Xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz prinsipial mövqeyimizdən bir addım geri dönmürük və dönməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim tarixi torpağımızdır. Beynəlxalq hüququn normaları da bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqləyir və bu məsələ ilə bağlı mötəbər beynəlxalq təşkilatların bir çox qərar və qətnamələri vardır.

Onların arasında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri bizim mövqeyimizi daha da gücləndirir və münaqişənin həlli üçün hüquqi əsaslar yaradır. Son vaxtlar Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ECO və digər təşkilatlar tərəfindən məsələ ilə bağlı qərarlar qəbul edilib. Bu məsələ ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır”.

Prezident qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı bundan sonra da prinsipial siyasət aparacaq. “Ancaq bunu da yaxşı bilirik ki, bugünkü dünyada beynəlxalq hüquq heç də hər zaman işləmir. Son vaxtlar ümumiyyətlə işləmir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və əlbəttə ki, öz siyasətimizi dünyada mövcud olan real vəziyyətə uyğunlaşdırmalıyıq. Ona görə, əlbəttə, biz bundan sonra da həm iqtisadi sahədə, həm ordu quruculuğu sahəsində və digər sahələrdə öz gücümüzü artıraraq münaqişənin həllini yaxınlaşdırmalıyıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

“Torpaqlarımızı işğal edən ermənini azərbaycanlıdan mədəni səviyyəcə üstün təqdim etmək ən azı əxlaqsızlıqdır”

Bu sözləri “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib. M.Əmirhüseynova deyib ki, filmdə azərbaycanlı əxlaqına, təbiətinə ssenarist tərəfindən böhtan atılır: “Bu da Rüstəm İbrahimbəyovun baş verən hadisələrə qərəzli mövqeyinin nümayişidir. İnsan hansı həddə qədər rəzil olmalıdır ki, onu sənətkar səviyyəsinə ucaltmış, dünyada tanıtmış ölkəsinə, onun insanlarına bu qədər alçaqcasına böhtan atsın”. M.Əmirhüseynova qeyd edib ki, Rütəm İbrahimbəyov hələ 2013-cü ildə Azərbaycana qarşı xəyanətkar mövqeyini ortaya qoydu: “Millətin və dövlətin əleyhinə yönəlmiş siyasəti həyata keçirən qondarma bir quruma sədr, vahid namizəd olmaq istəyi ilə öz çirkin mövqeyini ortaya qoydu. Bu film də Rüstəm İbrahimbəyovun 2013-cü ildən başlatdığı “siyasətin” davamı sayıla bilər”. QHT rəhbəri deyib ki, milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini, ermənilərin pulu ilə satın alınmış vicdanını, insani keyfiyyətlərini itirən, Azərbaycan xalqını daim aşağılamağa çalışan Rüstəm İbrahimbəyov kimi "məşhur ssenarist"in ermənilərin millətimizin başına gətirdiyi faciələr heç yadına düşmür: “Azərbaycan xalqını aşağılayan, onun milli hisslərini təhqir edən, cılız siyasi məqsədlər güdən belə bir eybəcər “film”in çəkilməsini qəti şəkildə pisləyirəm, xüsusilə qeyd edirəm ki, xalqa dönük olan bir kinodramaturqun bu qədər rəzilliyinə təəccüblənmirəm. Vətənini başqa millətlərin ayağına verən birindən hər şeyi gözləmək mümkündür




Baxış sayı: 1 495
Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik” Bu gün, 19:30 QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir Bu gün, 13:30 Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə Bu gün, 11:30 Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır Bu gün, 10:00 “Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb Bu gün, 09:30 Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu Bu gün, 09:30 Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır 24-10-2026, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq 24-10-2026, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib 23-10-2026, 21:30 Zeytun Festivalı başlayıb 23-10-2026, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington 23-10-2026, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - 23-10-2026, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub 23-10-2026, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər 23-10-2026, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə 23-10-2026, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub 23-10-2026, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma 23-10-2026, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır 23-10-2026, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031