FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi İsveçrədə qeyd edilib
24-05-2018, 10:00 | SİYASƏT
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi İsveçrədə qeyd edilib

Qəbulda İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini Kristina Marti Lanq, İsveçrədə akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər üzvləri, Dünya İqtisadi Forumunun üzvləri, İsveçrə hökumət qurumları və ictimaiyyətinin təmsilçiləri, həmçinin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası və İsveçrə Konfederasiyasının dövlət himnləri səsləndikdən sonra tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn knyazlığındakı səfiri Xanım İbrahimova açıb.

O budəfəki Respublika Günü tədbirinin əlamətdar tarixi hadisəyə - Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümünə həsr olunduğunu söyləyib. Azərbaycan Xalq Cumhuriyyəti barədə qonaqları məlumatlandıran səfir 100 il öncə - 1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın məhz Azərbaycanda qurulduğunu və azərbaycanlıların bununla fəxr etdiklərini bildirib. Azərbaycan Xalq Cumhuriyyətinin proqressiv bir hökumətə sahib olduğu, müsəlman dövlətləri arasında ilk dəfə qadınlara kişilərlə bərabər hüquqların, o cümlədən seçki hüququnun verdiyi vurğulanıb. Ümumiyyətlə, Xalq Cumhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdiyi və müasir Azərbaycanın formalaşması üçün yol açdığı qeyd edilıb.

Azərbaycan Xalq Cumhuriyyətinin cəmi iki il ömür sürdüyü və yalnız 70 il sonra - 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyi qonaqların diqqətinə çatdırılıb. Lakin müstəqilliyinin ilk illərinin Azərbaycan üçün çox çətin olduğu, Sovet İttifaqının tənəzzülü nəticəsində iqtisadiyyatın çökdüyü və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vəziyyəti daha da ağırlaşdırdığı qeyd edilib. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbir hissəsi işğal edilib və ölkəmizdə 1 milyon insan məcburi köçkün kimi yaşamağa vadar olub. Çıxışda bu təlatümlü dövrün 1993-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başa çatdığı, Ulu Öndərin gənc dövlətin inkişafı üçün siyasi və iqtisadi bünövrəni qurduğu diqqətə çatdırıb. Bu gün Azərbaycanın ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müasir, təhlükəsiz, sabit və çiçəklənən, multikulturalizmin cəmiyyətin yaşayış tərzi kimi hökm sürdüyü bir dövlət olduğu qeyd edilib. Azərbaycanın artıq bir neçə regional enerji layihələrinin iştirakçısı kimi Avropanın enerji mənbələrinin diversifikasiyasına töhfə verdiyini, 2017-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasiminin keçirildiyini deyən səfir hazırda bu yolun Çindən Avropaya ən qısa yol olduğu bildirib. Eyni zamanda o, hazırda Azərbaycan və tərəfdaşlarının Cənub Qaz Dəhlizini tamamlamaq üzrə olduğunu və bu layihə tamamlandıqdan sonra ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsinin daha da artacağı vurğulayıb.

Azərbaycan-İsveçrə əlaqələrinə toxunan səfir İsveçrəni ölkəmiz üçün etibarlı tərəfdaş kimi xarakterizə edib, iki ölkə arasında tərəfdaşlığın qarşılıqlı hörmət və etimada əsaslandığını qeyd edib. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrində inkişaf və nailiyyətlər üçün bünövrə rolu oynadığı vurğulanıb. İsveçrənin Azərbaycanın qeyri-neft sektoruna ən böyük sərmayədar olduğu, Azərbaycanın da İsveçrə iqtisadiyyatına sərmayə yatırdığı və ARDNŞ-nin İsveçrədə 6 ildir ki uğurlu fəaliyyət göstərdiyini qeyd edilib.

İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini Kristina Marti Lanq Azərbaycanla İsveçrə arasında 1992-ci ildə əsası qoyulan diplomatik münasibətlərin getdikcə gücləndiyini bildirib. Qeyd edilib ki, İsveçrə ikitərəfli münasibətlərin müsbət dinamikasının səviyyəsindən məmnundur. Vurğulanıb ki, İsveçrə Azərbaycanın Davos Dünya İqtisadi Forumunda ali səviyyədə iştirakını yüksək dəyərləndirir və ölkə başçıları arasında 2007-ci ildən bəri davam edən görüşləri alqışlayır. İsveçrə rəsmi nümayəndəsi iki dövlətin sıx iqtisadi əlaqələrə malik olduğunu, İsveçrənin Azərbaycanın xarici investisiyaları baxımından üçüncü mühüm dövlət olduğunu, eyni zamanda İsveçrənin Azərbaycana sərmayə qoyan ölkələr arasında ilk onluqda yer aldığını bildirib. O, Azərbaycanın sürətlə inkişaf edən, regionda etibarlı tərəfdaş olduğunu söyləyərək, Bakı-Tbilisi-Qars dəmir yolunu böyük gələcəyə malik mühüm layihə kimi qeyd edib. K.M.Lanq İsveçrənin Azərbaycanın iqtisadiyyatını diversifikasiya etməsi istiqamətində səylərini dəstəkləməyə hazır olduğunu söyləyib.

Daha sonra Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva, gənc istedadlar və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (fortepiano), Elvin Qənizadə (skripka) və Cəmilə Qarayusifli (skripka) Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. Musiqiçilərin ifasında həm əcnəbi, həm də Azərbaycan bəstəkarlarının ölməz əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından bir hissə, Ədilə Hüseynzadənin “O gözü ceyran”, Qara Qarayevin “Vals”, Fikrət Əmirovun “Muğam poeması”, Müslüm Maqomayevin “Azərbaycan” əsərləri səsləndirilib. Xalq Artisti Fidan Hacıyevanın ifasında səslənən „Habanera“, „La Spagnola“ və „Azərbaycan“ əsərləri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Sonda qonaqlara milli və Avropa mətbəxinin təamlarından ibarət ziyafət verilib.




Baxış sayı: 1 905
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031