FACT-INFO.AZ » SİYASƏT » Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunub
16-05-2018, 08:50 | SİYASƏT
Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunub

Mərasimdə Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, generallar, diplomatlar, deputatlar, görkəmli ziyalılar, qardaş ölkə ictimaiyyətinin tanınmış simaları, qazilər, bu ölkədə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, müdavimlərimiz iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Mərasimi giriş sözü ilə açan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən Silahlı Qüvvələrimizin yaranması tarixindən danışdı. Səfir diqqətə çatdırdı ki, Silahlı Qüvvələrimizin formalaşmasında Qafqaz İslam Ordusunun göstərdiyi yardım tarixi əhəmiyyət daşıyır və Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir. Bu gün sürətlə inkişaf edən Azərbaycan Ordusu dünyanın ən güclü orduları arasındadır. Azərbaycan Xalq Cümhuriyyətinin və ordumuzun 100 illik yubileyləri münasibətilə təşkil olunan təntənəli mərasimdə iştirak edənlərə minnətdarlığını bildirən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin səmimi salamlarını Türkiyə Parlamentinin sədrinə, hökumət və dövlət təmsilçilərinə çatdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və inkişaf istiqamətləri barədə ətraflı məlumat verən Prezidentin köməkçisi diqqətə çatdırdı ki, müstəqilliyimizin dünya miqyasında tanınması və ordu quruculuğu sahəsindəki nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi ən böyük tarixi uğurlardandır. Bakının erməni-daşnak işğalından azad olunmasına tarixi töhfələr verən Qafqaz İslam Ordusu Silahlı Qüvvələrimizin formalaşmasına da kömək etməklə ölkəmizin və xalqımızın təhlükəsizliyinə dəstək olub.

Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası barədə danışan Əli Həsənov diqqətə çatdırıb ki, Ulu Öndərimiz hələ Naxçıvan Ali Məclisinin sədri olarkən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin və prinsiplərinin həyata keçməsi üçün mühüm siyasi qərarlar qəbul edib, dövlət atributlarımızın bərpasına nail olub və Azərbaycan hakimiyyətinə bu istiqamətdə dəyərli tövsiyələr verib. Bu məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması barədə Prezidentin imzaladığı məlum Sərəncam, o cümlədən dövlətimizin başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bu istiqamətdə atılan mühüm siyasi qərarlar sırasındadır. Hazırda dünyanın bir sıra ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirilir. Qardaş Türkiyədə belə bir möhtəşəm mərasimin təşkili xüsusilə əhəmiyyətlidir. İstər Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, istərsə də müstəqilliyimizin bərpası Türkiyədə böyük qardaş sevinci ilə qarşılanıb. Ümummilli lider Heydər Əliyevin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün tarixi fəaliyyətlərinin əhəmiyyətindən bəhs edən Əli Həsənov bildirdi ki, ölkələrimizin sürətli inkişafı və müstəqilliyimizin əzmlə qorunması Ulu öndərlərimizin ruhunu şad edir.

Prezidentin köməkçisi çıxışında Türkiyənin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatının Azərbaycanda dəstəkləndiyini qeyd edərək bildirib ki, bütün bu tədbirlər Türkiyənin təhlükəsizliyi, terrordan xilas olmaq, əhalinin əmin-amanlığını təmin etmək üçün atılan addımlardır. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdikləri siyasi iradə xalqlarımızın və ölkələrimizin təhlükəsiz gələcəyinə xidmət edir. Ötən əsrin əvvəllərində əldə etdiyimiz müstəqilliyin yenidən bərpa olunmasını Azərbaycan və Türkiyənin ortaq sərvəti kimi dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətindən danışdı. Parlament sədri bildirdi ki, Ankaranın gözəl bir guşəsində yaradılan Heydər Əliyev Parkı Türkiyə dövlətinin və xalqının Ulu Öndərimizə dərin ehtiramının göstəricisidir. Prezident İlham Əliyevin dövlət başçısı kimi ilk səfərini Türkiyəyə etməsi Heydər Əliyev ideallarına sədaqət nümunəsidir. Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə təbrik edən İsmayıl Qəhrəman Nuru Paşanın komandanlığı ilə Azərbaycan xalqının köməyinə çatan Qafqaz İslam Ordusunun rəşadətli qələbəsini nəsillərə örnək olan qardaşlıq nümunəsi kimi dəyərləndirdi.

Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlu Baş nazir Binəli Yıldırımın mərasimə ünvanlandığı təbrik məktubunu oxudu. Məktubda Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100-cü ildönümü ilə bağlı səmimi təbriklər çatdırılır, Azərbaycan-Türkiyə qardaşlığının dinamik inkişafının əhəmiyyətindən bəhs olunur. Prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsinin əhəmiyyətinə toxunulur və əminliklə ifadə olunur ki, Azərbaycanı qarşıda daha böyük nailiyyətlər gözləyir. Bundan başqa, Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik edən Binəli Yıldırım əminliklə ifadə edir ki, Azərbaycan və Türkiyə hökumətləri ölkələrimizin və xalqlarımızın firavan həyatı üçün daha səmərəli əməkdaşlıq edəcəklər.

Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin yaranması və müstəqilliyimizin bərpasından sonra ordu quruculuğu sahəsində əldə edilən nailiyyətlərdən danışdı. Hərbi attaşe bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ordumuzun peşəkarlığının artmasına Türkiyənin göstərdiyi kömək xalqımız tərəfindən yüksək qiymətləndirilir. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar qardaş ölkələrimizin dinamik inkişafından bəhs etdi. Deputat diqqətə çatdırdı ki, Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun tarixi missiyası Azərbaycan və Türkiyə xalqlarının qürur mənbəyidir.

Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xalqlarımızın böyük sərvəti kimi dəyərləndirildi. Ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından bəhs edən natiqlər əminliklə bildirdilər ki, iki qardaş xalq arasındakı münasibətlər əbədiyyətə qədər dinamik inkişafda olacaq. Həmçinin çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının, Milli Ordumuzun yaradılmasının əhəmiyyətindən, bu məsələdə Qafqaz İslam Ordusunun tarixi missiyasından, dövlət müstəqilliyimizin bərpasından sonra ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının hədəflərindən, bu siyasətin uğurla davam etdirilməsindən, iki qardaş ölkənin birgə həyata keçirdikləri iqtisadi layihələrdən, o cümlədən Silahlı Qüvvələrimiz arasında əməkdaşlıq kimi məsələlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, Silahlı Qüvvələrimizin güclənməsi, eləcə də qardaş ölkələrimizin sosial-iqtisadi həyatındakı dinamik inkişaf xalqlarımızın təhlükəsizliyini və rifahını təmin edən əsas amillərdir. Vurğulanıb ki, tarixi köklər, ortaq din, dil və mədəniyyətlə bir-birinə ayrılmaz tellərlə bağlı olan Azərbaycan və Türkiyənin qardaşlığı bundan sonra da inkişaf edəcək, bütün dünya üçün nümunə olacaqdır.

Mərasimin rəsmi hissəsindən sonra maraqlı konsert proqramı oldu. Konsertdə Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımova məlahətli ifaları ilə bayram tədbirinin iştirakçılarında xoş ovqat yaratdılar. Ruh oxşayan Azərbaycan muğamı Heydər Əliyev Parkında yaşanan bayram əhval-ruhiyyəsini daha da yüksəltdi. Natiq ritm qrupunun ifası da maraqla qarşılandı. Sonra Əməkdar Artist Turan Manafzadənin dirijorluğu ilə orkestrin konserti oldu. Daha sonra Xalq Artisti Azərinin ifası dinlənildi.

İştirakçılar Heydər Əliyev Parkında Azərbaycanın zəngin tarixi, mədəniyyəti, müasir ordusunun gücü, ölkənin sosial-iqtisadi inkişafını əks etdirən fotosərgi ilə tanış oldular. Heydər Əliyev Parkında quraşdırılmış böyük ekranda Azərbaycanın müasir həyatından, reallaşdırılan nəhəng iqtisadi layihələrdən, o cümlədən Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən videoçarx göstərildi.(Azərtac)




Baxış sayı: 3 163
Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir Bu gün, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək Bu gün, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib Bu gün, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir Dünən, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Dünən, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək Dünən, 18:00 Azerbaijan’s mine problem raised in Prague Dünən, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı Dünən, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb Dünən, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova Dünən, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib Dünən, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930