FACT-INFO.AZ » SİYASƏT » Fransızların Laçın şəhəri ilə bağladığı qanunsuz müqavilə ləğv edildi
12-05-2018, 11:15 | SİYASƏT
Fransızların Laçın şəhəri ilə bağladığı qanunsuz müqavilə ləğv edildi

Fact-info.az-ın məlumatına görə bunu AzVision.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan XİN və ölkənin Fransadakı səfirliyi Fransanın müvafiq qurumları ilə apardığı birgə işin nəticəsində İl-dö-Frans regionun Alfortvil şəhəri tərəfindən ölkəmizin işğal olunmuş Laçın şəhəri ilə 2017-ci ildə imzalanmış qeyri-qanuni “xartiya” ləğv edilib (“la Charte d’amitié entre Alfortville et Berdzor”).

H.Hacıyev vurğulayıb ki, 2017-ci ilin iyun ayının 30-da Alfortvil şəhər bələdiyyə şurası tərəfindən qeyri-qanuni “xartiya”nın imzalanması haqqında qərar qəbul edilib: "Alfortvil şəhərinin yerləşdiyi Val-dö-Marn departamentinin prefekti tərəfindən Alfortvil bələdiyyə şurasına 30.08.2017-ci il tarixində qərarın könüllü şəkildə ləğv edilməsi üçün iddia (fr. recours gracieux) göndərilmiş, lakin cavabsız qalmışdı.

Bununla əlaqədar olaraq, Val-dö-Marn departamentinin prefekti tərəfindən 2017-ci ilin noyabr ayının 17-də imzalanmış qeyri-qanuni “xartiya”nın inzibati qaydada ləğv edilməsi məqsədilə məhkəməyə müraciət edilib.

Buna baxmayaraq, bələdiyyə şurasının qərarı əsasında 2017-ci ilin noyabr ayının 20-də Alfortvil meri tərəfindən qeyri-qanuni “xartiya” imzalanıb.

2018-ci ilin mart ayının 8-də məsələ ilə əlaqədar məhkəmənin ilk iclası keçirilib və dövlət ittihamçısı Fransa yerli özünüidarəetmə orqanları üzrə Ümumi Məcəlləsinin L1115-1 bəndinin (sözügedən qurumlar tərəfindən imzalanmış sazişlərin Fransanın beynəlxalq öhdəlikləri ilə uyğun olmasına dair) pozulması ilə əlaqədar məhkəmə tərəfindən sözügedən “xartiya”nın ləğv edilməsini tələb etmişdir.

Nəticədə, 2018-ci ilin aprel ayının 12-də Alfortvil şəhərinin bələdiyyə şurası, məhkəmənin qərarını gözləmədən, 41 səs lehinə, 1 səs bitərəf olmaqla qeyri-qanuni “xartiya”nın (“la Charte d’amitié entreAlfortville et Berdzor”) imzalanmasına dair 30 iyun 2017-ci il tarixli qərarını ləğv etmək məcburiyyətində qalıb. Qeyd edək ki, bələdiyyə şurasının üzvlərindən 7 nəfər erməni əsilli şəxsdir.

Alfortvil şəhərinin meri Mişel Gerşinovitz qərarın ləğv edilməsi ilə əlaqədar qeyd etmişdir ki, “aprelin 12-də təqiblərin qarşısının alınması məqsədilə mən bələdiyyə şurasından qərarın ləğv edilməsini xahiş etdim. Əks halda bu hökm “artsax diplomatiyasına” ziyan vuracaq bir məhkəmə aktı olacaqdı”.

Biz Val-dö-Marn departamentinin prefektinin, qeyri-qanuni “xartiya”nın ləğv edilməsi məqsədilə məhkəməyə müraciət etməsi qərarını alqışlayır və digər qeyri-qanuni “xartiya”ların ləğv edilməsi məqsədilə, Fransa mərkəzi icra hakimiyyəti orqanları və həmçinin prefektlərin analoji addım atacağını gözləyirik.

Eyni zamanda Fransa XİN-i və bu ölkənin digər cavabdeh qurumlarını Fransa yerli özünüidarəetmə orqanları tərəfindən işğal olunmuş ərazilərimizlə bağlı bütün qeyri-qanuni fəaliyyətin, o cümlədən bura qeyri-qanuni səfərlərin təşkil edilməsinin qarşısının alınmasında sərt addımların atılmasına çağırırıq".




Baxış sayı: 3 392
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031