FACT-INFO.AZ » SİYASƏT » Dünyada siyasi prosesləri dəyişdirən xarizmatik lider
8-05-2018, 21:45 | SİYASƏT
Dünyada siyasi prosesləri dəyişdirən xarizmatik lider

XX əsrin sonları Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi və xalqımızın tarixi taleyində müstəsna əhəmiyyətli dövr kimi əbədiləşmişdir. Məlum olduğu kimi bu dövr asan olmamış Azərbaycan üçün təlatümlü illər kimi tarixə yazılmışdır. Azərbaycanın Böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin bütün sahələrində böyük dəyişikliklər, islahatlar dövrü başlanmışdır. Hüquqi dövlət quruculuğunun vüsət alması, yeni ictimai-iqtisadi formasiyaya transformasiya, müasir dövlət təsisatlarının formalaşdırılması gərgin əmək hesabına başa gəlmişdir.

Bu dövrdə Azərbaycanın qarşısında çox böyük vəzifələr dururdu. Birincisi ölkə daxilində xaos, çaxnaşma və təbəddülatlara son qoyulmalı və sabitliyə nail olmaq lazım gəlirdi, yalnız bundan sonra Azərbaycanın xarici siyasətini qurmaq və ölkəni dünyaya sülhsevər və demokratik dövlət kimi təqdim etmək olardı. Bu zaman ermənilərin mürtəce təbliğatı nəticəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi obrazı formalaşdırılırdı, Təcavüzkar Ermənistan ərazilərimizi işğal etməsinə baxmayaraq özünü zərərçəkən tərəf kimi təqdim etməsi vəziyyəti daha da çətinləşdirmişdi. Belə bir zamanda Heydər Əliyev dövlət başçısı seçildi.

Heydər Əliyev Azərbaycana uzun müddət rəhbərlik etmiş bir şəxs kimi ölkənin daxili və xarici siyasətinin prioritet məsələlərini dərindən bilirdi. Lakin zaman o zaman deyildi. Tarixi yenidən yazmaq lazım gələcəkdi və o bu tarixi yazdı da. İndi müasir demokratik inkişaf yoluna çıxarılmış Azərbaycan Heydər Əliyev əmanəti olaraq göz bəbəyi kimi qorunmalıdır. Ümummilli Liderimiz “Azərbaycanın dövlət müstəqilliyini xalqımızın milli sərvəti kimi qiymətləndirir və onu qorumağı tövsiyə edirdi. Daxili siyasətdə kütlə idarəçiliyi psixologiyasından müdrik dövlət idarəçiliyinə keçilməsini qeyd etməmək olmaz. Azərbaycanda belə bir fikir formalaşmışdı ki, hakimiyyətə gəlmək üçün yalnız xaos və çaxnaşma lazımdır. Heydər Əliyev demokratik seçki ənənəsinin başlanğıcını qoymaqla vəziyyəti tamamilə dəyişdi.

Xarici siyasətdə dünya birliyi ilə əlaqələrin möhkəmləndirilməsi, Azərbaycanın informasiya blokadasından çıxarılması və dünya ictimaiyyətində haqqımızda yaradılmış mənfi fikirləri dağıtmaq lazım gəlirdi. Azərbaycanın belə bir zamanda dostu çox az düşmənləri isə kifayət qədər çox idi. Heydər Əliyev dünyagörüşündə diplomatiyanın və xarici siyasətin gücü daxili siyasətin uğuru ilə düz mütənasibdir. Yeni dünya düzənində Azərbaycanın yerinin və rolunun müəyyənləşdirilməsi də məhz daxili və xarici siyasətin uğurundan asılı olacaq idi. Təbii sərvətlərdən və geostrateji vəziyyətdən yararlanma, onu milli maraqların tələbləri ilə tarazlaşdırmaq siyasi proqnozlaşdırma bacarığına malik Heydər Əliyev şəxsiyyətinə nəsib ola bilmişdir.

Siyasətin zor və gücə deyil, qanunların aliliyinə, sosial ədalət prinsiplərinə və hüquqa söykənməsi, beynəlxalq münasibətlərdə sülhə və humanist dəyərlərə, ziddiyyətlərin həll olunmasında diplomatik vasitələrə üstünlük verilməsi Heydər Əliyev siyasətini şərtləndirən xüsusiyyətlərdəndir. Azərbaycan diasporunun əsasını qoyan H. Əliyev eyni zamanda dünya miqyasında ümumən türklərin diaspora fəaliyyətinin birliyi məsələsini də gündəliyə gətirmişdir. Milli –mənəvi birliyə, siyasi mütəşşəkkiliyə və mədəni –mənəvi beynəlxalq həmrəyliyə nail olmadan böyük mədəni xalq, tərəqqi etmiş millət olduğunu təsdiq etmək mümkün deyildir. Qloballaşma prosesini nəzərə alaraq Azərbaycanın dünyaya inteqrasiya etməsinin də həyata keçirilməsi Ümummilli Liderimizin uzaqgörən siyasətinə daxil idi. Belə ki, iqtisadi və siyasi mənafelərin beynəlxalq miqyasda uzlaşdırılması Azərbaycana olan münasibəti yaxşılığa doğru dəyişməyə başladı. Ölkəmiz nəhəng beynəlxalq təşkilatlarda layiqincə təmsil olundu.

Xalqımızın dövlətçilik şüurunun günbəgün möhkəmlənməsi, onun intellektinin və siyasi mütəşəkkiliyinin yüksəlişi iqtisadi qüdrətlənmə fonunda milli maraqların təmin olunmasına yönəlmişdir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli strategiya və siyasi kurs öz optimallığını təsdiq edərək Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun təbirincə desək ”Müasir Azərbaycanın bütün uğurları Heydər Əliyevin adı ilə bağlıdır, xalqa, millətə xidmət etmək, ölkəmizi gücləndirmək, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək Heydər Əliyev siyasətinin əsas istiqamətləridir. Biz bu siyasətə sadiqik”

Xalqımızın milli-mənəvi gücünü təcəssüm etdirən Heydər Əliyevə görə Azərbaycan qərb yönlü müasir milli-demokratik dövlət quruculuğu yolu ilə gedəcəkdi. Eyni zamanda Türk və İslam dünyası ilə münasibətlərin optimal həddə gətirilməsi siyasəti qurulmalı idi. Türkçülük, Müasirlik, İslamçılıq prinsiplərindən çıxış edərək Heydər Əliyev istər daxili siyasətdə istərsə də xarici siyasətdə bu prinsipləri daha da inkişaf etdirərək müasir Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi yollarını müəyyənləşdirdi.

Türk dünyası ölkələri ilə əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasındakı xidmətləri ilə eyni zamanda çoxşaxəli fəal xarici siyasətdə bütün istiqamətlərdə Azərbaycan yenidən quruldu və tanındı. 2007-ci il noyabr ayının 17-də Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında yekun hesabatın qəbul olunması və konkret qərarların gündəliyə gətirilməsi də Heydər Əliyev siyasətinin məntiqi davamı və böyük nailiyyəti kimi xarakterizə oluna bilər. Necə ola bilər ki, sayı, ərazisi və qabiliyyətləri dəfələrlə türk millətindən az olan ermənilər bu böyük dünyaya meydan oxuyurlar. Məlumdur ki, milli mütəşəkkilliyin zəifliyi və türk xalqları arasında inteqrativ əlaqələrin güclü olmaması, qeyri-millətlərə qarşı ifrat humanizm düşmənlər üçün boşluq və münbit şərait yaratmışdır. Məhz bu səbəbdən reallıqları dərindən dərk edərək Heydər Əliyev “Öz hüquqlarını bilən ən kiçik xalq belə böyük xalq qədər güclü ola bilər” fikrini bəyan etmişdir.

Böyük bir mövzudan qısaca bəhs etməklə tərəfimizdən Ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türk dünyası haqqındakı ideya və düşüncələrinin uzaqgörən, yaxın və uzaq hədəflərə köklənmiş düşüncə olduğuna diqqət yönəltməkdir. Eləcə də Azərbaycanın tarixini bu günümüzlə qovuşduran, vətənimizin parlaq gələcəyini müəyyən edən qüdrət və əbədiyyət yolu Ulu öndərimizin siyasi kursu ilə sıx bağlı olduğu şübhəsizdir.

Şəhla Qarayeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı




Baxış sayı: 3 759
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30