“Xızıya içməli suyun verilməsi əlamətdar hadisədir”. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə ictimaiyyət nümayəndələri ilə görüşdə bildirib. Dövlət başçısı deyib ki, belə layihələrin reallaşdırılması ölkədə sosial sahədə aparılan uğurlu islahatların göstəricisidir: "Xızıda sosial məsələlər həll edilib. Qazlaşma, elektrik enerjisi təchizatı, kənd yollarının çəkilməsi kimi layihələr uğurla icra olunur. Kənd təsərrüfatının inkişafı və yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə məhsuldarlıq artacaq”. Prezident İlham Əliyev Azərbaycanda xalqla iqtidar arasında birliyin gündən-günə möhkəmləndiyini vurğulayıb: “Ölkəmizdə iqtisadi inkişaf tam təmin edilib”.
Baxış sayı: 1 641
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

