FACT-INFO.AZ » SİYASƏT » Hikmət Hacıyev BMT Baş Assambleyasının komitə iclasına qatılıb – Nyu-Yorkda
2-05-2018, 09:45 | SİYASƏT
Hikmət Hacıyev BMT Baş Assambleyasının komitə iclasına qatılıb – Nyu-Yorkda

Azərbaycan XİN-dən Azadinform-a verilən məlumata görə, BMT Baş Assambleyasının İnformasiya komitəsi 1979-cu ildə təsis olunub və komitənin mandatına BMT-nin ictimai informasiya siyasətinin müəyyən edilməsi, dünyada yeni, ədalətli və effektiv informasıya məkanının yaradılması ilə sülhün gücləndirilməsinə töhfə vermək kimi məsələlər daxildir.

İclasda çıxış edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ənənəvi və onlayn media, həmçinin sosial şəbəkələr vasitəsilə saxta xəbərlər, dezinformasiyanın yayılması və propaqanda fəaliyyətinin həyata keçirilməsinin ifadə azadlığını ciddi şəkildə pozduğunu qeyd edərək, “ideoloji təcavüz”, “informasiya müharibəsi” və ya “hibrid müharibə” kimi fəaliyyətlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığını vurğulayıb.

Bu xüsusda, XİN rəsmisi BMT Baş Assemblyasının hələ 1947-ci ildə 108-ci plenar iclasında “Propaqandaya qarşı tədbirlər” adlı qətnamə qəbul edərək sülhə qaşı təhdidi, sülhün pozulmasını və ya təcavüz aktını ruhlandıran bütün növ propaqanda formalarını qınadığını xatırladıb və Azərbaycanın təcrübəsi ilə bölüşüb. O deyib: “SSRİ-nin dağılması dövründə və müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın yürütdüyü “informasiya təcavüzü” və “informasiya müharibəsi” ilə üzləşmişdir. Ermənistan BMT nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğalı, işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törətdiyi qanlı etnik təmizləməni gizlətmək üçün informasiya müharibəsi, propoqanda və dezinformasiya əməllərinə əl atıb. Erməni lobbi dairələrinin dəstəyi ilə bu tendensiya “hibrid müharibə” formasında bu gün də Azərbaycana qarşı davam etməkdədir”.

Hikmət Hacıyev Ermənistanın beynəlxalq media nümayəndələrini çaşdıraraq müxtəlif bəhanələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq edilməsi məsələsinə də diqqəti çəkərək bəzi hallarda bu kimi səfərlərin etik və obyektiv jurnalizm prinsiplərinə zidd olaraq, propaqanda məqsədilə istifadə olunduğunu diqqətə çəkib. O bildirib: “Biz beynəlxalq media nümayəndələrinin informasiya əldə etmək hüququna hörmətlə yanaşırıq. Amma xüsusilə münaqişə zonalarında fəaliyyət zamanı dövlətlərin akkreditasiya qaydalarına, sərhəd keçid rejimlərinə, qanunlarına və ərazi bütövlüyünə hörmətlə yanaşılmalı, həmçinin münaqişəyə birtərəfli və qeyri-obyektiv yanaşma olmamalıdır”. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana qarşı olan yeganə propaqanda və dezinformasiya mənbəyi olmadığını deyən Hikmət Hacıyev Birinci Avropa Oyunları dövründə ölkəmizə qarşı aparılan və hətta “psixoloji müharibə” səviyyəsinə çatdırılan propaqanda və dezinformasiya kampaniyaları barədə ətraflı danışıb və bir çox aparıcı media orqanlarının bu prosesdə iştirak etməsinin təəssüf və narahatlıq doğurduğunu vurğulayıb. O, hər hansı bir fakt ortaya qoymadan və cavab hüququna imkan vermədən ölkəmizə qarşı bu qəbuldən olan qarayaxma və dezinformasiya kampaniyalarının hələ də aparıldığını BMT tribunasından beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Bu kimi propaqanda və dezinformasiya əməllərinə qarşı mübarizədə Azərbaycanın media plüralizminin inkişafı və medianın peşəkarlığının artırılmasının dəstəklənməsinə üstünlük verdiyini qeyd edən Hikmət Hacıyev medianın müstəqilliyini qorumaqla və ona hörmət etməklə ölkəmizin medianın inkişafı üçün müxtəlif proqramlar həyata keçirdiyi barədə danışıb. Həmçinin, cəmiyyətin savadlılıq və məlumatlılıq səviyyəsinin yüksək olmasının xüsusən xaricdən qaynaqlanan propaqanda və dizinformasiyaya qarşı effektiv vasitə olduğunu bildirib.

O, bu sahədə BMT-nin rolunun artırılmasının vacibliyinə toxunub və BMT-nin strateji kommunikasiya siyasətinə dəstək məqsədilə ölkəmizdə milli səviyyədə BMT-nin məqsəd və məramlarının, Davamlı inkişaf məqsədlərinin təşviq olunması istiqamətində media müstəvəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. H.Hacıyev BMT-nin gələcək qlobal kommunikasiya fəaliyyətində multikultarilizm və sivilizasiyalararası dialoq məsələlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. Bununla bərabər, o, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi qətnamələrinin yerinə yetirilməməsinin Azərbaycan ictimaiyyətində haqlı və legitim suallar yaratdığını qeyd edərək, BMT-nin informasiya strategiyasının effektivliyini artırmaq üçün qəbul edilmiş qətnamə və qərarların icrasının vacibliyinə diqqətə çəkib.




Baxış sayı: 1 802
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031