Fact-info.az APA-ya istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində ədliyyə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, son illər Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir: “Məhkəmələrin faliyyəti bu məsələdə mühüm rol oynayır. Məhkəmələrə daxil olan şikayətlər getdikcə azalır. Gələcək islahatlar nəticəsində məhkəmə sistemində maksimum olunması vacibdir”.
Prezident İlham Əliyev bildirib ki, yeni tikilən bütün məhkəmə komplekslərində elektron sistem qurulub. Məhkəmə sistemində qərəzli yanaşma yolverilməzdir, korrupsiyaya qarşı mübarizə aparılması əhəmiyyətlidir. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi vacibdir. Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil. Bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək”.
Dövlət başçısı qeyd edib ki, son dövrlər sahibkarlara qarşı edilən ədalətsizliklərlə bağlı müxtəlif faktlar üzə çıxıb: “Bu hallara yol verən şəxslər mövqeyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırılıb. Heç kim toxunulmaz deyil"
Baxış sayı: 1 983
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

