FACT-INFO.AZ » SİYASƏT » “Belçikalı deputatların Karampetyanın havadarı qismində çıxış etmələri ciddi təəssüf doğurur”
21-04-2018, 08:50 | SİYASƏT
“Belçikalı deputatların Karampetyanın havadarı qismində çıxış etmələri ciddi təəssüf doğurur”

Fact-info.az apa-ya istinadən xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bir qrup belçikalı deputatın Azərbaycan tərəfdən Kaspar Karampetyan barəsində açılan cinayət işinə etiraz olaraq bəyanat yaymasını şərh edərkən deyib. H. Hacıyevin sözlərinə görə, bu səbəbdən o, Belçikanın yerli orqanlarında təmsil olunan və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən bəzi deputatlar vasitəsilə özünə dəstək axtarır: “Kaspar Karampetyan mütəşəkkil dəstə tərkibində 2014-2018-ci illərdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq təkrar keçmək, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalı və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi təbliğ və təşviq etmək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına açıq çağırışlar etmək kimi davamlı qeyri-qanuni fəaliyyət həyata keçirir. O, bununla Azərbaycanın işğal olunmuş ərazilərindən etnik təmizləməyə məruz qalmış bir milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental hüquq və azadlıqlarını, o cümlədən onların öz doğma torpaqlarına geri qayıtmaq və mülkiyyətlərindən istifadə etmək hüquqlarını kobud şəkildə pozur. Kaspar Karampetyan rəhbərlik etdiyi “Ədalət və Demokratiya naminə Erməni-Avropa Federasiyası” vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərində mülki Azərbaycan əhalisinə qarşı hərbi cinayətlər, insanlıq əleyhinə cinayət, soyqırım əməlləri törətməkdə iştirak edən qondarma rejimin nümayəndələrinin Brüsselə səfərlərini təşkil edir, həmin şəxslərlə sıx əməkdaşlıq edir və dolayısı insanlıq əleyhinə cinayət əməllərinə bəraət qazandırır”.

Hikmət Hacıyev deyib ki, sözügedən şəxs müxtəlif vasitələrlə Avropa siyasətçilərini ələ alır, onların Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşkil edir, sonradan həmin şəxsləri Azərbaycana qarşı propaqanda vasitəsinə çevirir, Azərbaycana qarşı dezinformasiya xarakteri daşıyan tədbirlər təşkil edir və onları maliyyələşdirir: “Kaspar Karampetyanın təmsil olunduğu Erməni inqilabçı federasiyası –Daşnaksütun partiyası radikal təmayüllü olaraq Azərbaycan ərazisində minlərlə günahsız insanın öldürülməsində iştirak etmiş və çoxsaylı terror əməllərini törədib. Bu kimi əməllər hər bir ölkədə olduğu kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə xüsusilə ağır cinayətlər hesab olunur və bu əsasda həmin şəxsə qarşı cinayət işi açılıb. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. Beynəlxalq hüququn imperativ normalarının ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarında təsbit edib ki, Ermənistan Respublikası hərbi mövcudluğu vasitəsilə ilk günlərdən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub və qondarma rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur.

Qeyd etmək istərdik ki, Kaspar Karampetyanın vətəndaşlığını daşıdığı Yunanıstanın cinayət məcəlləsinin müvafiq olaraq, 138, 139, 144, 153 və digər maddələrinə görə Yunanıstanın ərazi bütövlüyünün pozulması, Yunanıstana dost olan ölkələrə qarşı fəaliyyətin həyata keçirilməsi, həmçinin bu kimi ölkələrin dövlət atributlarının təhqir edilməsi hallarına münasibətdə cinayət məsuliyyəti nəzərdə tutulub”.

XİN-in mətbuat xidməti rəhbərinin sözlərinə görə, Belçika hökuməti insanlıq əleyhinə cinayət əməllərinə və həmçinin beynəlxalq hüququn imperativ normalarının (jus cogens) pozulmasına münasibətdə universal yurisdiksiya tətbiq edib: “Azərbaycan Respublikasının Cinayət məcəlləsinə, həmçinin digər ölkələrin qanunlarına və beynəlxalq yurisdiksiyaya görə məsuliyyət daşıyan Kaspar Karampetyan vəkili vasitəsilə Azərbaycanın müstəqil media nümayəndələrini və Milli Məclisin üzvünü təhdid etməsi, onların müstəqil fəaliyyətinə müdaxilə etməsi və onların Belçika məhkəməsinə verməklə hədələməsi qəbuledilməzdir. Kaspar Karampetyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətinin qarşısını almaq və cinayət məsuliyyətinə cəlb edilməsi üçün ikitərəfli və çoxtərəfli əsasda bütün müvafiq hüquqi mexanizmlərdən istifadə olunacaqdır. Belçikanın yerli orqanlarında təmsil olunan bəzi deputatların bu şəxsin havadarı qismində çıxış etmələri ciddi təəssüf doğurur. Həmin deputatlara öz seçiciləri qarşısında məsuliyyət daşıdıqlarını bir daha xatırlatmaq istərdik”.




Baxış sayı: 1 494
Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Bu gün, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Bu gün, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Bu gün, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Bu gün, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Bu gün, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Bu gün, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib Dünən, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib Dünən, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib Dünən, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub Dünən, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting Dünən, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir Dünən, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi Dünən, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib Dünən, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir Dünən, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub Dünən, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30 MEK elektron xidmətlərini təqdim edir 22-09-2026, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb 22-09-2026, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır 22-09-2026, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib 22-09-2026, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb 22-09-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930