FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
20-04-2018, 08:25 | SİYASƏT
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev: Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyası adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayırıq. Sizin xalqımızın yüksək etimadını qazanaraq prezident seçilməyiniz Ukraynada yaşayan 500 mindən çox azərbaycanlının böyük sevincinə səbəb olmuşdur. Aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığınız parlaq qələbə ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməyinizin məntiqi nəticəsidir. Qürurla qeyd etmək istəyirik ki, Sizin rəhbərliyinizlə doğma Azərbaycanımız inkişaf edərək dünyanın aparıcı ölkələri arasında öz layiqli yerini tutmuşdur. Dünyanın müxtəlif ölkələrində yaşayan 10 milyonlarla azərbaycanlı bu gün inkişaf və intibah tarixini yaşayan müstəqil dövlətimizlə fəxr edir, bu yolda Sizin yürütdüyünüz uğurlu siyasəti tam dəstəkləyir. Bu şərəfli və məsuliyyətli işinizdə Sizə böyük uğurlar və yeni-yeni nailiyyətlər diləyir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı və səadət arzulayırıq.

Möhtərəm Prezident, Sizi əmin etmək istəyirik ki, Ukraynada yaşayan hər bir soydaşımız özünü müstəqil dövlətimizin sıravi əsgəri hesab edir, istənilən vaxt Sizin çağırışınıza qoşularaq işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə hazır olduğunu bildirir. İnanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha böyük inkişaf yolu keçəcək, tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır".

Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Nam: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin birgə mənafeyimizə müvafiq olaraq möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyimi bildirirəm. Sizə ölkənizin tərəqqisinə və xalqın rifahına yönələn fəaliyyətinizdə böyük uğurlar arzu edirəm".

Aktyor və rejissor Stiven Siqal: "Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Siz böyük xalqın həqiqətən dahi liderisiniz. İnanıram ki, Tanrının izni ilə mənə tezliklə Sizinlə yenidən görüşmək nəsib olacaq".

Azərbaycan Respublikasının Almaniyada yaşayan Əməkdar Artisti, bəstəkar və orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Arif Mirzəyev: "Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Mübaliğəsiz deyə bilərəm ki, 2018-ci il aprel ayının 11-i həyatımın ən xoşbəxt günlərindən biri oldu. Prezident seçkilərində azərbaycanlıların və respublikamızda yaşayan digər millətlərdən olan vətəndaşların etimadı nəticəsində Sizə verilmiş fantastik səs faizi (86,02) tamamilə nadir bir haldır. Mən digər ölkələrdəki prezident seçkiləri prosesində xalqın belə yekdilliyini görmədim. Keçirilmiş seçkilərin yekunu fenomenal oldu: Azərbaycan xalqı ötən üç dönəm – 15 il ərzində görkəmli siyasi xadim kimi məhz Sizi bu ali vəzifəyə yenidən layiq görüb. Hər kəsə aydın oldu ki, ölkəyə rəhbərlik etdiyiniz illər ərzində Siz dünya siyasətinin dahisi, ulu öndər Heydər Əliyevin qurduğu bünövrə üzərində tamamilə yeni, nadir, müasir və çoxşaxəli, modern iqtisadiyyatı olan müstəqil dövlət yaratmağa müvəffəq oldunuz. Ənənəvi neft və qaz sahəsindən əlavə, digər istehsal sahələrinə aid yeni zavod və fabriklər inşa edildi. Yüngül sənaye və kənd təsərrüfatı daha tutumlu oldu. Avtomobil və dəmir yollarının yüksək inkişaf səviyyəsi heyrətamizdir. Azərbaycandan Türkiyəyə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gerçəkləşdirilməsinin böyük əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Son layihənin həyata keçirilməsi bütün Avropanı heyran edib. Çünki bu layihə Cənubi Asiya regionu ölkələrini bütün Qərbi Avropa ilə birləşdirir. Lap bu yaxınlarda isə qonşu İran istiqamətində Astara-Rəşt dəmir yolunun tikintisinə başlanılmışdır ki, heç bunu ağlımızdan keçirə bilməzdik. Mən hələ bizim möhtəşəm qaz layihəmiz TANAP-dan danışmıram: Bakıdan bizim qazın Avropa ölkələri üçün Gürcüstan, Türkiyə və Yunanıstan vasitəsilə İtaliyanın cənubuna nəqli Azərbaycan xəzinəsinə milyonlarla avro/dollar gətirəcəkdir. Heç şübhəsiz, milli uğurlar sırasında onu da qeyd etmək lazımdır ki, Siz ən güclü Azərbaycan Ordusunu yaratmısınız və bu Ordu erməni işğalçılarını bizim doğma torpaqlardan birdəfəlik çıxarmağa qadirdir. Bunu Sizdən savayı heç kim edə bilməzdi, əziz Prezidentimiz. Məhz bu səbəbdən Sizin yenidən dövlət başçısı seçilməyiniz daha 7 il müddətinə sabitliyin və inkişafın etibarlı təminatıdır. Hörmətli cənab Prezident, Vətəndən uzaqlarda yaşasam da Azərbaycanımızın inkişafını və Sizin çoxşaxəli fəaliyyətinizi daim izləyir və bundan qürur duyuram. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".

Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyinin prezidenti, Qırğız Respublikasının əməkdar hüquqşünası Əzizağa Əliyev: "Zati-alinizin yenidən Azərbaycan Prezidenti seçilməsinə qəlbən sevinir və Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyi və qardaş ölkədə yaşayan çoxsaylı soydaşlarımız adından Sizə səmimi təbriklərimizi çatdırırıq. Siz, eyni zamanda, bütün dünya azərbaycanlılarının Prezidentisiniz. Həyata keçirdiyiniz dövlətçilik siyasəti Azərbaycanımızın müstəqilliyinin möhkəmləndirilməsini, hərtərəfli inkişafını və beynəlxalq aləmdə mövqeyinin getdikcə yüksəlməsini təmin etdikcə, doğma Vətənimizlə daha çox qürur duyuruq. Əziz Prezidentimiz, Ali Baş Komandanı olduğunuz Azərbaycan Silahlı Qüvvələrinin Vətən torpaqlarını işğalçılardan azad edəcəyi günün yaxınlaşdığına əminik və Qarabağda keçirəcəyimiz qələbə bayramını səbirsizliklə gözləyirik. Zati-alinizə uzun ömür, cansağlığı, səadət və ali dövləti vəzifənizdə bundan sonra da böyük uğurlar arzulayırıq".

Gürcüstanın Bolnisi şəhər merinin müavini Lonqinoz Həsənov: "Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Gürcüstanın Bolnisi şəhər rəhbərliyi və burada yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, Gürcüstan-Azərbaycan dostluğu naminə uğurlar diləyirik".

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İsgəndərov: "Azərbaycan Respublikasının Prezidenti seçkilərində layiqli qələbəniz münasibətilə Sizi İslam Əməkdaşlıq Təşkilatının filialı olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun idarə heyəti, katibliyi və üzv ölkələri adından səmimi qəlbdən təbrik edir və yeni prezidentliyiniz dövründə Sizə yeni-yeni uğurlar arzulayıram. Sizin səriştəli rəhbərliyiniz sayəsində Azərbaycan bu gün təkcə İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında deyil, həm də dünyada nüfuz sahibi olan ölkələrdən birinə çevrilib. Böyük səs çoxluğu ilə qazandığınız qələbə Azərbaycan xalqının ölkədə uğurla həyata keçirilən sabitlik, təhlükəsizlik və inkişaf yönümlü siyasətə bəslədiyi etimadın və güclü dəstəyin bariz nümunəsidir. Əminik ki, növbəti yeddi ildə də Azərbaycan Respublikası Sizin müdrik siyasətiniz sayəsində indiki inkişaf tempini qoruyub saxlayacaq, gündəlikdə duran bütün məsələlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olacaq. Biz Sizin bütün dünyada gənclərin maraqları naminə İslam Əməkdaşlıq Təşkilatının gənclər strategiyasını həyata keçirən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə göstərdiyiniz davamlı dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Həmçinin Azərbaycan Respublikasının milli maraqlarına xidmət edərək “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlərdə də əməkdaşlığı davam etdirmək niyyətindəyik. Zati-aliləri, Sizə Azərbaycan xalqının firavanlığı və ölkəmizin tərəqqisi naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".

Beynəlxalq Güləş Federasiyasının sabiq prezidenti Rafael Martinetti: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Seçkilərdəki parlaq qələbəniz ölkənizi inkişaf etdirmək və Azərbaycan vətəndaşlarının rifahını yaxşılaşdırmaq istiqamətində gördüyünüz işlərə xalqınızın inam və etibarının təcəssümüdür. Beynəlxalq Güləş Federasiyasının prezidenti vəzifəsində çalışarkən mən sizin güləşə və ümumilikdə idmana olan güclü dəstəyinizin şəxsən dəfələrlə şahidi oldum. Zati-aliləri, Sizə möhkəm cansağlığı, ailənizə xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq diləyirəm".

Haaqadakı “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva: "Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız qələbə münasibətilə “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, onun tərkibində fəaliyyət göstərən Nizami Gəncəvi adına Haaqa həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Hörmətli Prezident, inanırıq ki, Azərbaycanımızın yüksəlişi üçün gördüyünüz böyük işlər bundan sonra da davam edəcək və ölkəmiz beynəlxalq aləmdə daim inkişaf etmiş bir ölkə olaraq tanınacaqdır. Biz – Hollandiyada yaşayan azərbaycanlı qadınlar həmişə Sizin siyasətinizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik".

Rusiya Federasiyası Perm vilayətinin Solikamsk şəhərindəki Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev: "Ölkəmizdə keçirilən prezident seçkilərində qazandığınız möhtəşəm və tarixi qələbəniz münasibətilə Sizi Solikamsk şəhərindəki Azərbaycan diaspor təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Birliyimizin və həmrəyliyimizin əsasında Azərbaycan Respublikasının müstəqilliyi dayanır. Bu müstəqilliyin qorunması, inkişafı və dünya birliyində ölkəmizin mövqeyinin möhkəmləndirilməsi naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzulayırıq. Əminəm ki, Azərbaycan hər zaman Sizin rəhbərliyinizlə tərəqqi, quruculuq, sabitlik və müasirlik timsalı olacaqdır. Azərbaycan Sizinlə güclü, Sizinlə qüdrətlidir. Respublikamızda sabitliyin davamlı olması naminə Sizə tükənməz enerji və məqsədyönlü işlərinizdə yeni-yeni uğurlar diləyirəm".

Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadə: "Azərbaycanda keçirilən prezident seçkilərində qətiyyətli qələbəniz münasibətilə Sizi Belqrad şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzinin çoxsaylı üzvləri adından səmimi qəlbdən təbrik edirik. Sizin həyata keçirdiyiniz siyasət nəticəsində doğma Azərbaycanımız dövlət quruculuğu, sabit və dayanıqlı inkişaf, eləcə də beynəlxalq əməkdaşlıq sahələrində böyük uğurlar qazanmışdır. Dünyanın bir çox regionlarında gərginliyin artdığı, müxtəlif mədəniyyətlər arasında ziddiyyətlərin gücləndiyi bir dövrdə dövlətimiz nəinki yerləşdiyi mürəkkəb regionda öz təhlükəsizliyini və daxili sabitliyini təmin edə bilir, həmçinin dünyada sülhün, təhlükəsizliyin, əməkdaşlığın və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi prosesinə öz dəyərli töhfələrini verir, regional əhəmiyyətli böyük enerji və infrastruktur layihələrini reallaşdırır. Azərbaycanın Qərb və Şərq mədəniyyətləri arasında tarixən oynadığı körpü rolunu bu gün də öz xarici siyasətində uğurla davam etdirməsi, Avropa, İslam dünyası, eləcə də qlobal səviyyədə dialoq və əməkdaşlığa xidmət edən beynəlxalq tədbirləri uğurla reallaşdırması, dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı inama söykənən əməkdaşlıq əlaqələrinin qurulması onun beynəlxalq aləmdə daha yaxından tanınmasına, dost və tərəfdaşlarımızın artmasına səbəb olmuşdur. Zati-aliləri, yaranmış imkandan istifadə edərək Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı və bu ali dövləti vəzifənizdə uğurlar arzulayırıq".

Türk Dünyası Araşdırmalar Fondunun baş direktoru Közhan Yazqan: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Türk Dünyası Araşdırmalar Fondu adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bizim fondun Azərbaycanda təhsil sahəsində gördüyü işlərə verdiyiniz dəstəyə görə Sizə minnətdarıq. Azərbaycanı türk dünyasında və beynəlxalq aləmdə inkişaf etmiş nüfuzlu dövlətə çevirmək üçün həyata keçirdiyiniz uğurlu fəaliyyətiniz və liderliyiniz bizim qürur mənbəyimizdir. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz bizi hədsiz dərəcədə sevindirib. Zati-alinizi bu münasibətlə bir daha təbrik edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik".




Baxış sayı: 1 542
USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq Bu gün, 10:30 İƏT Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb Bu gün, 10:00 İçərişəhərdə tanınmış fotoqraf Reza Deqatinin “Xocalı - yaralı ruhlar” adlı sərgisi açılıb Bu gün, 10:00 ABŞ-ın Virciniya ştatında Xocalı həftəsi keçirilib Bu gün, 09:00 Zelenski: Ukrayna ABŞ ilə müqavilədə 10 sent borcun olmasına belə razı deyil Bu gün, 08:00 Ankara Qazi Universitetində Xocalı soyqırımına həsr olunmuş müzakirələr təşkil edilib Dünən, 18:30 Türkiyə Orta Dəhlizin əsasını təşkil edən BTQ dəmir yolunun tam gücü ilə işləməsinə əhəmiyyət verir - Hakan Fidan Dünən, 18:30 Deputat: Azərbaycan neomüstəmləkəçiliyin heç bir halı ilə barışmır Dünən, 17:00 Xocalı: Xalqımızın qan yaddaşı Dünən, 12:00 “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub Dünən, 12:00 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər Dünən, 11:00 Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib Dünən, 10:00 "Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəyik" - Pakistan səfiri Dünən, 10:00 Hikmət Hacıyev Fəxrəddin Altunla görüşüb Dünən, 09:00 Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib Dünən, 07:30 Türkiyə Avropada həlledici rol oynayacaq 25-02-2025, 20:30 İnkişaf edən Azərbaycan və Pakistan münasibətləri sarsılmaz dostluğa və qardaşlığa söykənir 25-02-2025, 19:00 Pezeşkian Lavrovu qəbul etdi 25-02-2025, 18:30 Vətən müharibəsinin iştirakçısı, cərrah Anar Yusibov: “Xocalı heç vaxt yaddaşımızdan silinməyəcək faciədir” 25-02-2025, 16:00 “İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” mövzusunda təlim keçirilib 25-02-2025, 13:00 Corc Vaşinqton Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib 25-02-2025, 12:30 "Dünya dövlətləri Xocalı soyqırımı canilərinin öz layiqli cəzalarını alması üçün səylərini artırmalıdır" 25-02-2025, 11:00 Qərbi Azərbaycan İcması Ermənistan hökumətinə çağırış edib 25-02-2025, 11:00 Rumıniyada Xocalı qurbanlarının xatirəsi anılıb 25-02-2025, 10:30 Azərbaycanla Pakistan birgə istehsal müəssisələri yaradır 25-02-2025, 08:00 Şahbaz Şərif: Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olub 24-02-2025, 20:30 Elnur Məmmədov Cenevrədə Ermənistanın xarici işlər nazirinin qaldırdığı iddialara cavab verib 24-02-2025, 20:00 Shehbaz Sharif: Our friendship, political understanding, union of thought and action with Azerbaijan at international levels have been legendary 24-02-2025, 19:30 Prezident İlham Əliyev: Azərbaycan və Pakistan iqtisadi tərəfdaşlığı siyasi sahədəki səviyyəyə çatdırmalıdırlar 24-02-2025, 15:00 Rusiya-Ukrayna müharibəsi ədalətlə bitəcəkmi? 24-02-2025, 15:00
Köşə yazarları
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728