FACT-INFO.AZ » SİYASƏT » Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqlədi
17-04-2018, 17:25 | SİYASƏT
Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqlədi

2018-ci il 11 aprel tarixində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

Məruzəçi hakim Sona Salmanova Mərkəzi Seçki Komissiyasının seçki protokolunun təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə göndərdiyini bildirib. Hakim Rafael Qvaladze isə seçkilərin nəticəsinə dair protokola əsasən, İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu deyib. İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov namizədlərə yaradılmış şərait barədə məlumat verib. Bildirib ki, namizədlərə ödənişsiz efir vaxtı, həmçinin qəzetlərdə yer ayrılıb. MSK sədri deyib ki, səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib. O, bildirib ki, prezident seçkiləri ilə əlaqədar 15 nəfərin namizədliyi irəli sürülüb, 15 nəfərə imza vərəqi verilib, 10 nəfər imza vərəqini qaytarıb, 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.

M. Pənahov bildirib ki, səsvermə günü seçicilər çox mütəşəkkil şəkildə məntəqələrə gəlib və öz seçdiyi namizədə səs veriblər. MSK rəsmisi bildirib ki, 4 seçki məntəqəsinin nəticələri ləğv edilib. Belə ki, həmin məntəqələrdə pozuntu halı aşkarlanıb. O, əlavə edib ki, bütün seçki prosesi zamanı MSK müxtəlif dövlət qurumları ilə aşağı seçki komissiyasının üzvləri ilə müxtəlif formatlı tədbirlər həyata keçirib. Sonra Dövlət Statistika Komitəsinin əməkdaşı Ulduzə Həmidova məruzə ilə çıxış edərək seçki komissiyalarında səslərin hesablanması zamanı heç bir qeyri-dəqiqliyə yol verilmədiyini vurğulayıb.

İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edib. O, prezident seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib. Çıxışlardan sonra plenum fasiləyə ayrılıb. Fasilədən sonra sədr Fərhad Abdullayev çıxış edərək nəticələri açıqlayıb və Konstitusiya Məhkəməsi Plenumu prezident seçkisinin nəticələrini təsdiq edib. F.Abdullayev bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur. Xatırladaq ki, 15 aprel tarixində Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinə yekun vurub. 11 aprel tarixində keçirilmiş növbədənkənar prezident seçkilərinin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 faiz (3 milyon 397 min 664) səs toplayaraq seçkilərdə qələbə qazanıb.

Digər namizədlər - Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%, "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc isə 3,12% səs toplayıb.

Qeyd edək ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmən elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.




Baxış sayı: 1 649
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30