FACT-INFO.AZ » SİYASƏT » Azay Quliyev ATƏT-in müşahidə missiyasının hesabatına etiraz etdi
13-04-2018, 21:00 | SİYASƏT
Azay Quliyev ATƏT-in müşahidə missiyasının hesabatına etiraz etdi

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Guliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının 11 aprel seçkilərinin nəticələri ilə bağlı yayımladığı hesabata konkret faktlara istinad edərək kəskin etirazını bildirib.

"Biz dəfələrlə beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinin şahidi olmuşuq. Azərbaycan ictimaiyyəti 26 ildir ki, ATƏT-dən və onun Minsk qrupundan Ermənistanın Dağlıq Qarabağı qoparmaq məqsədilə ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini dayandırmağı tələb etməsini və mandatından istifadə edərək bu istiqamətdə qətiyyətli addımlar atmasını gözləyir.

Eyni zamanda Azərbaycan dövləti ölkədə keçirilən prezident və parlament seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə əməkdaşlıqda hər zaman maraqlı olmuş və bu qurum başda olmaqla bütün beynəlxalq təşkilatları seçkilərin müşahidəçiliyinə dəvət etmişdir. Bununla biz istəmişik ki, həm beynəlxalq öhdəliklərimizə əməl edək, həm də seçkilərin şəffaf və aşkar şəraitdə keçirildiyini nümayiş etdirək, Azərbaycanla ATƏT/DTİHB arasında konstruktiv və sağlam əməkdaşlıq mühitinin yaranmasına və nəhayət, bu qurum tərəfindən seçkilrərə ədalətli və obyektiv qiymətin verilməsinə nail olaq. Təəssüf ki, hər iki məsələdə - nə Dağlıq Qarabağ münaqişəsinin həllində, nə də seçkilərə verilən qiymətdə uzun müddət axtardığımız və tam olaraq haqq etdiyimiz ədaləti və obyektivliyi ATƏT-dən görə bildik. Hər iki məsələ Azərbaycan üçün taleyüklü məsələdir. Hər iki məsələ Azərbaycanın müstəqilliyi, suverenliyi və milli maraqları ilə birbaşa bağlıdır. Hamımız bilirik ki, istər münaqişələrin həlli, istərsə də seçkilərə qiymətin verilməsi prinsipi və onlara ümumi baxış ATƏT-in nizamnaməsində və beynəlxalq sənədlərdə təsbit olunan müddəalardan və mexanizmlərdən çoxdan kənara çıxaraq ölkələrə qarşı təzyiq və ya ayrı-ayrı dövlətlərin geosiyasi maraqlarını təmin etmək alətinə çevrilib. Bu səbəbdən Azərbaycanla ATƏT arasında münasibətlərdə hər zaman müəyyən gərginlik və suallar doğuran məqamlar olub. 2015-ci ilin parlament seçkiləri ərəfəsində isə bu gərginlik daha da artdı və münasibətlərdə ciddi soyuqluq yarandı. Nəticədə ATƏT/DİTHB-in seçkiləri müşahidə etməsi mümkün olmadı.

Ancaq Azərbaycan tərəfi keçmişdə olan problemləri aradan qaldırmaq və ATƏT/DİTHB-lə konstruktiv əməkdaşlıq etmək məqsədilə 2018-ci ilin prezident seçkilərini müşahidə etmək üçün bu quruma rəsmi dəvət göndərdi. Hesab edirəm ki, rəsmi Bakının bu addımı doğru idi, seçkilərin şəffaf və demokratik keçiriləcəyinə əminliyinin nümayişi idi. Azərbaycan ictimaiyyəti ümid edirdi ki, ATƏT/DİTHB keçmişdə yaşananları ciddi təhlil edərək budəfəki seçkilərdə daha ədalətli və obyektiv mövqe sərgiləyəcəkdir. Lakin aprelin 12-də prezident seçkilərinin yekunu ilə bağlı ATƏT/DİTHB-in təqdim etdiyi ilkin hesabatda və rəydə qeyd olunan bir sıra iradların əsassız olması və əksinə, bir çox müsbət məqamların qeyd olunmaması, bu rəyin qüsurlu və ədalətsiz olduğunu, rəydə balansın pozulduğunu, gerçək seçki mühütini əks etdirmədiyini göstərdi. Əlbəttə, mən, ATƏT PA-nın vitse-prezidenti və bir neçə ölkədə beynəlxalq seçki müşahidə missiyalarına rəhbərlik edən şəxs kimi yaxşı bilirəm ki, ATƏT/DİTHB-in vəzifəsi müşahidə etdiyi seçkiləri tərifləmək deyil, əksinə, mövcud çatışmazlıqları səmimi və qərəzsiz şəkildə bildirmək, həmçinin əldə olunan nailiyyətləri peşəkar formada qeyd etməkdir. Qüsurlar və çatışmazlıqlar ona görə deyilməlidir ki, onlar gələcəkdə aradan qaldırılsın, nailiyyətlər və müsbət işlər isə ona görə qeyd olunmalıdır ki, verilən rəy birtərəfli olmasın, əsaslı balans qorunsun və ən vacibi isə ölkənin gördüyü işlərə ədalətli və obyektiv qiymət verilsin. Şübhəsiz ki, 11 aprel seçkilərində də müəyyən çatışmazlıq və tənqidi məqamlar yox deyil və bu məqamların hesabatda əks olunmasında heç bir problem görmürəm. Dünyada ümumiyyətlə qüsursuz və ideal seçki anlayışı mövcud deyil. Eyni zamanda hesabatda bir sıra müsbət məqamların, xüsusilə seçkilərin yaxşı və effektiv təşkil olunduğunu, beynəlxalq müşahidəçilərə yaradılan şəraitin yüksək qiymətləndirilməsini, seçkidən sonra da Azərbaycan hökuməti və parlamenti ilə yaxından əməkdaşlıq etmək istəklərini və digər bu kimi müsbət çağırışları da təqdir edirəm. Lakin əsas problem, yuxarıda qeyd etdiyim kimi, ATƏT/DİTHB-in təqdim etdiyi rəydə balansın pozulması, bir çox müsbət məqamlara diqqət yetirilməməsi və ədalətli qiymətin verilməməsidir. Bu rəydə selektiv yanaşmanın qabarıq şəkildə hiss olunmasıdır. Mən dediklərimə sübut kimi bir neçə məqamı qeyd etmək istərdim. Məsələn, hesabatda yazılır ki, digər namizədlər vəzifədə olan prezidentə qarşı əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər. Bu iradı hamıya şamil etmək olmazdı. Çünki seçki prosesini izləyən hər kəs şahidi oldu ki, prezidentliyə bir sıra namizədlər, xüsusilə ADP-nin sədri Sərdar Cəlaloğlu istər İctimai Televiziyadakı debatlar zamanı, istərsə də digər mətbu orqanlarda və sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etmiş və buna görə hər hansı məhdudiyyətlə üzləşməmişdir. Və ya siyasi mühitlə birbaşa bağlı olan sərbəst toplaşmaq azadlığının təmin olunması. Həm seçkidə iştirak edən namizədlərin, həm də iştirak etməkdən imtina edən siyasi partiyaların sərbəst toplaşmaq azdlığlına hörmət edilməsi faktından, buna bariz misal olaraq mart ayının 10-u və 31-də Bakının mərkəzində müxalifətin mitinqlər keçirməsindən hesabatda bir kəlmə də olsun danışılmır. Bu xüsusda seçkilərə qatılmaq istəyən və bunun üçün qanunvericlikdə müəyyən edilmiş sənədləri və imzaları təqdim edən hər kəsə bərabər şəraitin olması və ya heç kimin seçki marafonuna qatılmasının qarşısının alınmaması bir faktdır və bu müsbət məqam kimi qeyd edilməliydi. Başqa bir misal, Azərbaycan əhalisinin 80 faizinin internetə sərbəst çıxışı olması faktı aralıq hesabatdan fərqli olaraq ilkin hesabatda nədənsə “unudulur”. Azərbaycanda vebsaytların, xüsusilə sosial medianın təhqirlə tənqidin sərhədlərini tanımadan belə tam sərbəst və heç bir məhdudiyyət qoyulmadan fəaliyyət göstərməsi qeyd edilmir. Ən təəccüblüsü isə prezident seçkilərində mühüm yenilik olan və ilk dəfə tətbiq olunan bir məsələyə tamamilə laqeyd yanaşılır və hesabatda haqsız və ədalətsiz olaraq əks olunmur. Bu da İTV-də debat üçün ayrılmış pulsuz efir vaxtından başqa, əksər özəl televiziya kanallarının xəbər proqramlarında bütün namizədlərin seçki təşviqat kampaniyasına pulsuz olaraq geniş yer ayırması, onların seçicilərlə görüşü barədə ətraflı məlumat verməsi faktının qeyd olunmamasıdır. Hətta seçki təşviqatının son həftəsində həmin televiziya kanallarının xəbərləində gedən materialların ümumi həcminin 84 faizi digər namizədlərin, yalnız 16 faizi YAP-ın namizədinin seçki fəaliyyətinə həsr olunmuşdur. ATƏT/DTİHB-in bu haqda müfəssəl məlumatı olsa da, təəssüf ki, bu barədə hesabatda heç nə yazmadı. Mən bu misalların sayını artıra bilərəm, ancaq, hesab edirəm ki, qeyd etdiklərim kifayətdir ki, ATƏT/DTİHB-in seçki rəyinin ədalətli və balanslı olmadığı haqqındakı fikirlərimi əsaslandırım.

Əlbəttə, bütün bunlar təəssüf doğurur. Həm də ona görə ki, biz ATƏT PA-da uzun müddətdir çalışırıq ki, üzv ölkələrə münasibətdə ayrı-seçkiliyə, ikili yanaşmaya və haqsızlığa yol verməyək, xalqlarımızın maraqları naminə ATƏT instituları ilə, xüsusilə DTİHB ilə faydalı və məhsuldar əməkdaşlıq edək. Bu istəyin nəticəsidir ki, seçkilərin müşahidə edilməsi metodologiyası, onun ədalətli və obyektiv qiymətləndirilməsi məsələsində son illər Parlament Assambleyası ilə ATƏT/DTİHB arasında əvvəlki illərdə müşahidə olunan gərginlik xeyli azalmış və bu istiqamətdə Assambleya tərəfindən müəyyən addımlar atılmışdır. Ancaq görünən odur ki, ATƏT/DTİHB-in seçki fəaliyyətində və yanaşmasında hələ də müzakirə olunası ciddi məsələlər qalmaqdadır. Mən sabah, aprelin 14-də ATƏT PA-nın büro iclasında iştirak etmək üçün Kopenhagenə yola düşəcəm və əlbəttə, bütün bu məsələləri və problemləri iclasda qaldıracam. Hesab edirəm ki, ATƏT/DTİHB seçkilərin nəticələrinin qiymətləndirilməsi məsələsindəki yanaşmasına və metodologiyasına yenidən baxmalı və heç bir halda ədalətsizliyə və qeyri-obyektivliyə yol verməməlidir.

Mən Azərbaycan Milli Məclisinin deputatı və ATƏT PA-nın vitse-prezidenti kimi bu məsələyə biganə qala bilməzdim və ona görə də vacib hesab etdiyim qeydləri və iradları ictimaiyyətlə bölüşməyi özümə borc bildim".(Modern.az)




Baxış sayı: 1 786
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031