Ölkə nəşrlərinin çoxu Azərbaycan Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair elan etdiyi ilkin məlumatı dərc edib. Həmin məlumata görə hakim Yeni Azərbaycan Partiyası seçkilərdə inamlı qələbə qazanıb.
“Əl-Düstur” qəzeti qeyd edir ki, Azərbaycanın Qahirədəki səfirliyinin yaydığı bəyanatda Mili Məclisə seçkilərin 125 seçki dairəsini əhatə edən 5547 seçki məntəqəsində keçirildiyi bildirilib. Deputat mandatı uğrunda 767 namizəd mübarizə aparıb. Seçkilərdə 22 siyasi partiya iştirak edib. Seçkilərin gedişini 40-dək nüfuzlu beynəlxalq təşkilatdan 503 beynəlxalq müşahidəçi və 66 min yerli müşahidəçi, habelə 27 beynəlxalq kütləvi informasiya vasitəsinin 42 nümayəndəsi izləyib. Səfirliyin bəyanatında Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının üzvü Avqustin Kondenin “Azərbaycanda indiki parlament seçkiləri beynəlxalq standartlara uyğun olaraq demokratik, şəffaf və ədalətli keçirilir” fikri sitat gətirilib. Həmçinin qeyd edilir ki, seçkilərin gedişini MDB-dən müşahidə missiyası izləyir. Bəzi yerli nəşrlər xüsusilə vurğulayır ki, Azərbaycan gəncləri səsvermədə fəallıq nümayiş etdiriblər. Bu isə parlament seçkilərinin keçirildiyi ölkələr üçün xarakterik deyil.
Baxış sayı: 1 930
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

