Həm MDB, həm də Yaxın və Orta Şərq dövlətləri arasında Azərbaycanın seçki sahəsində böyük təcrübəsi var. Azərbaycanın seçki qanunvericiliyində dünyanın sivil qanunlarına uyğun bütün prinsiplər nəzərə alınıb.
Fact-info.az xəbər verir ki, bu fikirləri sechki-2018.az saytına açıqlamasında Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) İdarə Heyətinin sədri Hikmet Eren deyib. Azərbaycanda keçirilən seçkilərin qanunvericilikdə göstərilən prinsiplərə uyğun, ədalətli keçiriləcəyinə əminliyini ifadə edən İdarə Heyətinin sədri söyləyib ki, Azərbaycanda bundan əvvəl keçirilən seçkilər də beynəlxalq ekspert və müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.
“EkoAvrasiya” rəsmisi aprelin 11-də keçiriləcək prezident seçkilərində əhalinin fəallıq nümayiş etdirəcəyini deyib: “Seçkilər hər bir ölkənin gələcəyini müəyyənləşdirən faktorlardan biridir. Azərbaycanda güclü dövlətçilik ənənələri var ki, bu ənənələrin bir hissəsini də seçkilər təşkil edir. Azərbaycan cəmiyyətində seçki aktivliyi müşahidə olunur. Düşünürəm ki, Azərbaycanda seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlar yaradılıb. Əhalinin seçkilərdə iştirakını əngəlləyəcək hər hansı nüans yoxdur”. H. Eren seçkilərdən sonra da Azərbaycanda mövcud olan sabit ictimai mühitin davam edəcəyinə şübhə etmədiyini söyləyərək deyib: “Azərbaycanda mövcud sabitlik, strateji müttəfiqimiz və eyniköklərə malik olduğumuz qardaş ölkənin sərvətidir”.
Baxış sayı: 1 556
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

