FACT-INFO.AZ » SİYASƏT » Hərbi qulluqçular məşəllərlə “Qanlı dərə”yə yürüş ediblər
2-04-2018, 09:15 | SİYASƏT
Hərbi qulluqçular məşəllərlə “Qanlı dərə”yə yürüş ediblər

100 il öncə ağır döyüşlərin getdiyi və burada yaşayan müsəlman əhalisinin daşnak-bolşeviklərə qarşı əsl qəhrəmanlıq, şücaət nümunələri göstərdiyi “Qanlı dərə”də keçirilən anım mərasimində soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.

Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani çıxışında bildirib ki, 1918-ci ilin baharında daşnak Stepan Şaumyanın göstərişi ilə toplar və pulemyotlarla silahlanmış qoşun hissələri Qubaya yeridilmiş, qaniçən Hamazaspın ermənilərdən ibarət quldur dəstəsi şəhəri mühasirəyə alaraq əhaliyə amansız divan tutmuşlar. Onlar qadın, uşaq demədən qarşılarına çıxan hər kəsi öldürür, evlərə soxularaq ailələri qırır, südəmər körpələri süngülərə keçirir, müsəlmanların heysiyyətinə toxunaraq məscidlərə od vurur, Quran kitablarını yandırır, yaşayış məntəqələrini darmadağın edirdilər.

Düşmənlər silah-sursat sarıdan nə qədər güclü olsalar da yerli əhali, əsrlərlə bir yerdə dostluq və qardaşlıq şəraitində yaşamış azərbaycanlılar, ləzgilər, qrızlar, buduqlar, ceklər, tatlar və digərləri birləşərək onların qarşısını almağa çalışır və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olurdular. Məhz “Qanlı dərə” bu bölgədə yaşayan xalqların qanlarının biri-birinə qarışdığı müqəddəs bir məkandır.

1998-ci il oktyabrın 3-də xalqımızın ümummilli lideri Heydər Əliyev prezident seçkiləri ərəfəsində Quba və Qusar rayonlarının ictimaiyyət nümayəndələri ilə görüşündə böyük iftixar hissi ilə qeyd etmişdir ki, “Qanlı dərə”də 1918-ci ildə qubalılar və qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb, onları darmadağın etmişlər. Qafqaz Müsəlmanları İdarəsinin Digah dini icmasının sədri Fərzalı Mirzəxanov “Qanlı dərə” döyüşləri haqqında nənə-babalarından eşitdiyi xatirələri tədbir iştirakçıları ilə bölüşüb və əcdadlarımızın qəhrəmanlıqlarının bu gün də şərəflə davam etdirildiyini qeyd edib. O, turist marşrutunda yerləşən bu yerdə artıq memorial muzeyin və xatirə abidə kompleksinin yaradılmasının vaxtının çatdığını bildirib.

Qırx ildən çoxdur ki, “Qanlı dərə” döyüşlərinin tədqiqatı ilə məşğul olan və bu barədə yüzlərlə sənəd, foto və xatirələr toplayan əmək veteranı Rafiq Mirzəyev Müdafiə Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib və kənd əhalisinin adından minnətdarlıq edib. Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Qusar rayon təşkilatının sədri Canəli Hörmətov bildirib ki, erməni daşnaklarının təcavüzünün qarşısının alınmasında Qusarın ləzgi əhalisi də əsl fədakarlıqlar göstərib. “Qanlı dərə” erməni silahlı dəstələri üzərində qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə Qusar şəhərində möhtəşəm abidə ucaldılıb. Biz qusarlılar fəxr edirik ki, həmyerlilərimiz Hatəm ağa Cağarvi, Möhübəli Əfəndi Kuzunvi və onlarla digər qəhrəman babalarımızın da adı “Qanlı dərə” qəhrəmanlarının sıralarındadır.

Şəhid Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbinin direktoru Mənsur Hacıyev Quba qırğınları tarixinə ekskurs edərək 1918-ci ildə Quba qəzasının 162 kəndinin dağıdıldığını, bunlardan 27-nin əhalisi ilə birgə yandırıldığını, 16 mindən çox müsəlmanın, həmçinin Digah kəndinin əhalisinin bütövlüklə qətlə yetirildiyini, o vaxtlar mövcud olan üçmərtəbəli Digah məscidinin yerlə-yeksan edildiyini bir daha xatırladıb. M.Hacıyev bildirib ki, bu gün əli silah tutan hər bir digahlı Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər an Ali Baş Komandanın əmrlərinə hazırdır.

Müdafiə Nazirliyinin zabiti polkovnik Etibar Əliyev, Quba Rayon İcra Hakimiyyəti başçısının Digah inzibati-ərazi dairəsi üzrə nümayəndəsi Feyruz Əhmədov, mayor Abakar Hacıyev və başqaları çıxış edərək gənc nəslin vətənpərvərlik tərbiyəsində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində tarixi qəhrəmanlıq ənənələrindən bəhrələnməyin, ata-babalarımızın keçdikləri şanlı döyüş yolunun öyrənilməsinin böyük əhəmiyyətini xüsusi qeyd ediblər. Hərbi qulluqçuların məşəllərlə “Qanlı dərə”yə yürüşü din xadiminin soyqırımı qurbanlarının, şəhidlərin ruhuna oxuduğu dualar və yürüş iştirakçılarının “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Biz gəlirik, Qarabağ!” çağırışları ilə başa çatıb.(Azərtac)




Baxış sayı: 1 938
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031