Fact-info.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsindəki 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəlib.Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib, səs verəndən sonra bülleteni qutuya salıb.
Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyiblər. Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər. Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov ilk dəfə səs verməsi münasibətilə prezidentin oğlu Heydər Əliyevi Mərkəzi Seçki Komissiyasının adından təbrik edib.
Baxış sayı: 2 252
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

