FACT-INFO.AZ » SİYASƏT » "Ermənistan abidələrə qarşı törətdiyi vandalizmə görə məsuliyyət daşıyır"
27-03-2018, 22:50 | SİYASƏT
"Ermənistan abidələrə qarşı törətdiyi vandalizmə görə məsuliyyət daşıyır"

“Ermənistan Azərbaycana qarşı işğal siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasəti yürüdülür. İşğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir. Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi mətbuata verdiyi açıqlamasında dolayısı ilə bunu etiraf edir, işğalçı dövlət kimi Ermənistanın daşıdığı beynəlxalq məsuliyyəti gizlətməyə çalışır”. APA-nın xəbərinə görə, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına münasibət bildirən Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, işğal olunmuş ərazilərimizdə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrinin Ermənistan tərəfindən dağıdılması, talan və məhv edilməsi halları dəqiqliklə müəyyən olunub: “Beləliklə, işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən 738 tarixi abidə, 83500 ədəddən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan edilib və vandalizm obyektinə çevirib. Cəbrayıl rayonunda 17-ci əsrə aid məscid kompleksi, Şuşa şəhərində 18-ci əsrə aid Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri, XIX əsrə aid Ağdam məscidi nəinki dağıdılıb və talan edilib, donuz və mal-qara yerləşdirməklə tövləyə çevrilib və təhqir obyektinə çevrilib. Həmçinin, Şuşa şəhərində Vaqifin Mavzoleyi, Natəvanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılıb və talan edilib. İşğal olunmuş Xocalı, Kəlbəcər, Laçın, Xocavənd və digər rayonlarda yerləşən və erməni kilsəsinə heç bir aidiyyəti olmayan tarixi Alban xristian kilsələrinin mülkiyyəti mənimsənilib, arxitektur xüsusiyyətləri dəyişdirilərək erməni kilsə abidələri kimi təqdim edilir. Kəlbəcər rayonu ərazisində yerləşən orta əsrlərə aid Gəncəsar və Xudavəng alban xristian kilsələri xüsusilə qeyd edilməlidir”.

H. Hacıyevin sözlərinə görə, 2003-cü ildən etibarən Azıx mağarasında və Ağdam ətrafında qeyri-qanuni arxeoloji qazıntılar aparılır: “Ermənistan ərazisində tarixi Azərbaycan torpaqlarında Azərbaycan xalqına məxsus mədəni irs də eyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə "yenidən təmir edilib”. Dağıdılmış arxitektura abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, "Sərdar sarayı” və ya "Xan sarayı” adlı saraylar kompleksi də vardır. Yerevandakı Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib. Mədəniyyət və Turizm Nazirliyi və XİN tərəfindən "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi” və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması” adlı müfəssəl hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim olunub. Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə qətnamələr 2015, 2016 və 2017-cı illlərdə Küveyt Dövləti, Özbəkistan və Fil dişi sahilində keçirilmiş İƏT xarici işlər nazirləri şurasında qəbul olunub. XİN və MvTN işğal olunmuş ərazilərimizdəki maddi-mədəniyyət abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə fakt-araşdırıcı missiyanın təşkil olunması məsələsini beynəlxalq səviyyədə dəfələrlə qaldırıb. Maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vəhşiliklərə görə daşıdığı məsuliyyətini dərk edən Ermənistan hər bir vəchlə buna imkan vermir. Xarici işlər naziri Elmar Məmmədyarov bu ilin yanvar ayında UNESCO Baş katibi Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüşü zamanı UNESCO-nun işğal olunmuş ərazilərimə fakt araşdırıcı missiyasının göndərilməsini məsələsini bir daha qaldırıb”.

H. Hacıyev qeyd edib ki, Ermənistanın bu kimi əməlləri 1954-cü il Haaqa və ya "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya” və həmin Konvensiyanın 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu üzrə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır: “II Protokolun 9-cu bəndi işğalçı tərəfin "işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alması kimi öhdəliyini təsbit edir.

Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ermənistan Respublikası dövlət olaraq işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti daşıyır. XİN və MvTN birgə səylərlə Ermənistanın işğal olunmuş ərazilərimizdə, o cümlədən Ermənistan ərazisində Azərbaycan xalqına məxsus tarixi maddi-mədəni irsə qarşı vandalizm əməllərini beynəlxalq səviyyədə təqdim etməkdə davam edəcək”.




Baxış sayı: 1 751
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031