APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, Qarabağ məsələsi Azərbaycanın haqlı məsələsidir: “Azərbaycan ərazilərinin iyirmi faizi işğal edilib. Bir milyon insan qaçqın vəziyyətinə düşüb. Bu problemin həllində Türkiyə Azərbaycanın yanındadır. Azərbaycanda soyqırım törədilib və bunu edən Ermənistan qarşılığını görməlidir. Gec də olsa, Azərbaycan istəyinə çatacaq. Azərbaycanın haqlı olduğunu beynəlxalq aləmdə hamı bilir. Dost və qardaş Azərbaycana təhdid olarsa, qarşılığını mütləq görəcəklər”. Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Vaşinqtona səfəri və bəzi Konqres üzvlərinə mükafat verməsi ilə bağlı sualı cavablandıran B. Yıldırım qeyd edib ki, ABŞ senatorları Dağlıq Qarabağdakı ermənilərdən mükafat almaq yerinə, onlardan törətdikləri insanlıq suçunun hesabını soruşmalıdır.
Baxış sayı: 1 613
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

