“Azerbaijani Society in Barcelona”nın (ASB) təşkilatçılığı və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə həyata keçirilən tədbirin əvvəlində Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ASB-nin sədri Kərim Kərimov soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib. XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciələrindən biri olan Xocalı faciəsinin təkcə azərbaycanlılara deyil, əslində bütün insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu bildirib. Faktlarla danışan natiq Xocalı sakini Əntiqənin erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldığını qeyd edərək, bir gecədə ermənilər tərəfindən ümumilikdə 613 günahsız insanın amansızlıqla qətlə yetirildiyini qeyd edib.
Sonra tədbir Xocalı soyqırımı ilə bağlı müxtəlif mövzularda panellərlə davam edib. Panellərdə tədbir iştirakçıları Xocalı soyqırımı ilə bağlı tarixi faktlara əsaslanan mövzular ətrafında müzakirələr aparıblar. Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya Ədalət!” adlı videoçarx nümayiş etdirilib.(Azərtac)
Baxış sayı: 1 744
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

